Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb

“Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar”.
Bu barədə “Kasprıba” Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib.
O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, bu məhsullara xaricdəki tərəfdaşlar arasında böyük tələbat var.
“Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”, - Markin vurğulayıb.
Digər Xəbərlər

"Türkiyəyə bütün enerji resursları Zəngəzur dəhlizi üzərindən ötürüləcək" - Bayraktar

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - VİDEO

Əhalinin kredit kartları almasına limit qoyulur

Azərbaycanda dövlətə ərzaq satışı ilə bağlı təkliflərin qəbuluna başlanıldı

Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək
