Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
Bu ilin ilk beş ayı ərzində Hesablama Palatası dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb.
Bunu Palatanın sədri Vüqar Gülməmmədov Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) işçi qrupunun iclası zamanı deyib.
O bildirib ki, bu məbləğ auditor yoxlamalarının nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi nəticəsində bərpa olunub. Ötən il ərzində 9 bu cür hal qeydə alınıb və bunu nəticəsində büdcəyə 23 milyon manat qaytarılıb.
V.Gülməmmədov əlavə edib ki, bundan başqa, müxtəlif qurumlarda inventar satınalınması zamanı səhvlər, eləcə də tamamlanmamış işlər aşkar edilib:
"Bu ilin əvvəlindən iki yoxlamanın nəticəsi hüquq-mühafizə orqanlarına göndərilib, bununla bağlı cinayət işlər açılıb”.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09