Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar.
Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara təhlükəsizlik qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq.
Toplanışda, həmçinin hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcək, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdiriləcək.
Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə çöl şəraitində keçiriləcək məşğələlərdə iştirakçılar Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnika ilə tanış olacaq, onların döyüş tətbiqini öyrənəcək, həmçinin bölmələrimizin silahlanmasında olan atıcı silahlardan döyüş atışları icra edəcəklər.
Keçirilən toplanışlarda əsas diqqət hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

