adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Sentyabr 2019 12:38
10719
GÜNDƏM

Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın "Hohenfels” təlim mərkəzində keçirilən "Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.

Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.