Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdi - VİDEO
Azərbaycan Respublikası müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib.
Adalet.az xəbər verir ki, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.
Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.
Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.
Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.
Digər Xəbərlər
03 Noyabr 2026 16:39
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
03 Noyabr 2026 16:37
Onların mükafatlandırılması qaydası dəyişdi - Baş nazirdən qərar
03 Noyabr 2026 16:22
Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edildi
03 Noyabr 2026 16:11
Aeroportlarda VİP-dən istifadə edənlərin hüquqları DƏYİŞDİ
03 Noyabr 2026 14:29
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
03 Noyabr 2026 13:14
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
03 Noyabr 2026 13:14
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr müəyyənləşir
03 Noyabr 2026 12:42


Bakı -°C

