adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Dekabr 2017 11:53
15757
GÜNDƏM

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Dekabrın 30-u saat 11.00-dan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə "Açıq qapı” günü keçirilir.

Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan şərait ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və başqamədəni-kütləvi tədbirlər keçiriləcək”, -məlumatda vurğulanır.