adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2019 15:17
12350
GÜNDƏM

Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib - VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.