Hərbi Dəniz Qüvvələrimiz ikinci oldu
"Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə "Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.
Yarışların ümumi nəticəsinə görə hal-hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.
"Dəniz kuboku - 2018” müsabiqəsinin növbəti mərhələsində "Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57