Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2026” ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.
Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.
Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.
Digər Xəbərlər
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49
Prezident balaca Ayazın ailəsinə “Kamaz” hədiyyə etdi - VİDEO
10 Aprel 2026 19:15
Bakıda Xameneiyə anım mərasimi keçirildi - FOTOLAR
10 Aprel 2026 17:04
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
10 Aprel 2026 17:03
Yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
10 Aprel 2026 16:36
MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi
10 Aprel 2026 12:52


Bakı -°C

