Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi - VİDEO
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi müdafiə nazirinin 10 aprel 1992-ci il tarixli əmri ilə yaradılıb.
Hərbi hissələrdə nizam-intizama, hərbi qulluqçuların davranış qaydalarına riayət etməsinə nəzarət etmək, qoşunların dislokasiya yerlərində qayda-qanunun, hərbi kolonların təhlükəsiz hərəkətini təmin etmək hərbi polisin əsas xidmət istiqamətlərindəndir.
Hərbi polis naryadları yaşayış məntəqələri və hərbi nəqliyyatın hərəkət marşrutlarında olan stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır, buraxılış rejiminə, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti də həyata keçirir.
44 günlük Vətən müharibəsi, antiterror və digər əməliyyatlar zamanı Hərbi Polisin şəxsi heyəti azad edilmiş ərazilərimizdə komendant xidmətinin təşkilində, strateji yolların və mühüm obyektlərin qorunmasında böyük xidmətlər göstərmişdir.
İstər döyüşlər zamanı, istərsə də indi işğaldan azad olunmuş ərazilərdə komendant və patrul xidmətinin təşkili, torpaqlarımız işğaldan azad olunduqca mühüm əhəmiyyətli obyektlərin dərhal mühafizəyə götürülməsi, komendant postlarının qurulması, Ermənistan ordusu bölmələrinin qoyub qaçdığı silah və texnikaların ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilməsində iştirak etmək kimi tapşırıqlar da hərbi polis tərəfindən icra olunub.
İdarənin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində saxlanılan və daima xüsusi təlim görmüş itlərdən minaaxtarma işində, qarovul xidməti prosesində, həmçinin xidmətin başqa sahələrində də istifadə olunur.
Digər Xəbərlər
17 May 2026 15:24
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
17 May 2026 14:37
"Qadınların iştirakı şəhərləri daha təhlükəsiz edir" - Bahar Muradova
17 May 2026 14:31
"Azad edilmiş ərazilərimizin bərpasında ağıllı həllər tətbiq olunur" - Komitə sədri
17 May 2026 14:17
Yağış, qar, dolu, şimşək... - SABAHIN HAVASI
17 May 2026 13:59
WUF13-də yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
17 May 2026 13:30
Qarabağ atları Avropada yenidən diqqət mərkəzində
17 May 2026 12:53
“Həmin görüntülər həqiqəti əks etdirmir" - VİDEO
17 May 2026 10:59


Bakı -°C

