adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Noyabr 2017 12:44
8952
GÜNDƏM

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir.