adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Yanvar 2018 14:42
66343
MÜSAHİBƏ

Hər akademiyanı bitirən rəssam olmur... – MÜSAHİBƏ

Azərbaycandaistedadlı gənc rəssamlar çoxdu. Bunlardan biri də Aydan Vəliəhddir. Aydanxanımın rəssamlığa marağı, sevgisi hələ uşaqlıq illərindən mövcud idi. Qrafikülubda rəsmlər çəkən gənc rəssam Rəssamlar İttifaqının da üzvüdür. Aydanxanımın dediklərinə görə, "hərrəssamın gözündə işləri dəyərlidi, gözəldi. Əlbəttə insan Allah deyil, amma rəssamlıqAllah vergisidi. Hər akademiyanı bitirən rəssam olmur. Mənə görə rəssamyaradıcılığına vaxt sərf edir, yuxusuz qalır, ona övladı kimi yanaşır...”

Adalet.az gənc rəssam Aydan Vəliəhdləmüsahibəni təqdim edir.


-Əvvəlcəsizi tanıyaq...

-1990-cı ildə Bakıda doğulmuşam.Uşaq yaşlarımda qardaşımla Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq evinərəssamlığa getmişik. Rəssamlığa olan həvəsi ilk anam kəşf elədi bizdə. Uşaqvaxtından bütün sərgilərdə iştirak etmişik. Uğurlarımız çox olub. RəssamlıqAkademiyasını da birlikdə oxuduq.


-Sərgilərdəiştirak edirsiniz?

-Vaxt çərçivəsində iştirak edirəm.


-Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz?

-Mən əslində kitab qrafikasını bitirmişəm. İxtisasım üzrə işləmişəm. Ammahal- hazırda yaradıcı qrafik rəsmlər çəkirəm. Sulu boyanı da çox sevirəm.


-Özünüzü rəssamlardan kimədaha yaxın hiss edirsiz?

-Atamın əmisi əməkdar incəsənət xadimi Həsənağa Ağayevdir. Uşaq vaxtındanonun işlərini, əsərlərini görüb bəhrələnmişik.Azərbaycanda 50-ci illərdə əlifba dərsliklərini ilk o çəkib. Xəlil Rzanınportreti olsun, qrafik işləri, akvarelləri olsun, çox gözəl və maraqlıdı. Akademiyadakıməllimim xalq rəssamı professor Cəmil Müfidzadənin işlərini çox sevirəm. Çəkdiyimişlərimi ilk ona göstərirəm. Məsləhətləri mənim üçün çox önəmlidi, dəyərlidi.


-Modilyani deyir ki, rəssamlarTanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir. Siz necə, öz əsərlərinizəcan verə bilirsiniz?

-Rəssamlar incə ruhlu insanlardır. Hər rəssam öz işinə ürəyini qoyur. EduardMonetin belə bir sözü var, "rəssam hər şeydən çox rəsmini sevməzsə o rəssam olabilməz.” Hər rəssamın gözündə işləri dəyərlidi, gözəldi. Əlbəttə insan Allahdeyil, amma rəssamlıq Allah vergisidi. Hər akademiyanı bitirən rəssam olmur. Mənəgörə rəssam yaradıcılığına vaxt sərf edir, yuxusuz qalır, ona övladı kimiyanaşır...


-Dünya rəssamlarındanyaradıcılığını və əsərlərini izlədiyiniz varmı?

-Dünya rəssamlarının hamısı ilə çox yaxından tanış deyilem, amma birçoxunun heyatı mənə maraqlı gəlib. Meksikalı rəssam Frida Kahlonun yaradıcılığımənə uzqdı, ancaq şairlər, yazarlar onun əsərlərindən ruhlanıb, ilhamlanıb,filmlər çəkilib. Məşhur holland rəssamı Rembrantın əsərləri daha çox xoşuma gəlir.Akademiya illərində material işlərimdə onun işlərindən çap etdiklərim olub.



-Rəssamlarİttifaqına münasibətiniz…

-Rəssamlar İttifaqının üzvüyəm. Gənc rəssamlara dəstək olunmağını istəyirəm.


-Çəkdiyiniz əsərləri satırsınızmı?

-Əvvəllər şəkillərimi satmışam. Amma o demək deyil ki, hər rəssam rəsmisatmaq üçün işləyir, bəzən ehtiyac üçün satır. Çünki bir rəsm ikinci dəfə gözəlvə eyni alınmır. Son 2 ildir şəkillərimi satmıram. Fərdi sərgim üçün rəsmlərişləyirəm.


-Azərbaycanda örnəkaldığınız rəssamlar varmı?

-Əlbbəttə var. Sakit Məmmədov, Toğrul Nərimanbəyov, Cəmil Müfidzadə, SəttarBəhlulzadə, Arif Hüseynov, Tahir Salahov. Onu deyim ki, adımın qoyulması TahirSalahovun qızı ilə əlaqəlidir. O vaxtlar Aydan adı çox olmasa da atam TahirSalahovun qızının adını mənə də vermişdi. Diplom işimdə xalq rəssamı OqtaySadıqzadə rəhbərlik etmişdi. Oqtay müəllimlə şəxsi tanışlığım olmadı. Mənoxuyan illərdə vəfat etdi. Onun əsərləri ilə tanısam da portretləri dahamaraqlı gəlir. Xüsusəndə Xurşidbanu Natəvan rəsmi.


-Bu sadaladığınız rəssamlardanhansının yolu sizin üçün doğmadı?

-Hər rəssamın öz texnikası, öz yaradıcılıq yolu var. Mən deyə bilərəm,kimin yolu ilə gedirəm. Çox istəyərəm məni öz rəsmlərimlə, öz işlərimlətanısınlar.


-Akademiyada rəssamlığınfəlsəfəsi keçirilmir?

-Akademiya rəssam olmaq üçün gözəl məktəbdi və nə yaxşıki orada tələbəadını qazanmış, universiteti bitirmişəm. İstər həyat təcrübəmdə, istəryaradıcılıq baxımdan Akademiya lazımlı yerdir. Rəssamlıqla əlaqəli bütün dərslərkeçirilib.


-Dünya rəssamlardankimlərin əsərləri maraqlı gəlir sizə?

-Rembrantın "İsmayil Qurbanı” əsəri, Davinçinin "Mono Liza” əsəri.


-Van Qoqun qulağının kəsilməyimiyoxsa əsərləri sizi maraqlandırır?

-Van Qoqun həyatı faciəli olsada, əsərləri maraqlıdı. Məsələn, "Ulduzlugecə” əsəri mənə Səttar Bəhlulzadənin əsərlərini xatırladır.


-Gələcək üçün hansı planlarınızvar?

-Gələcək üçün planlarım çoxdu əlbət. Gələcək göstərər. Rəssam nə istəyəbilər ki, rəsmləri qiymətləndirilsin layiqincə. Rəsm müəllimiyəm. Şagirdləriminuğurları mənim uğurumdur. Sərgilərə hazırlaşırıq, fəal iştirak edirik. Şagirdlərimdənbirinin ilk fərdi sərgisi oldu. Nazirlikdən gəlib yoxlamışdılar da. Bu mənimüçün fəxrdir. Mən çox sevinirəm ki, bu gün ailəm, dostlarım ən çox da anam mənədəstəkdi.

Söhbətləşdi: Oğuz Ayvaz