"Hər 100 vətəndaşın 65-i əmək müqaviləsi olmadan işləyir" - Deputat
"Bu gün Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır:
"Eyni zamanda, bu gün iqtisadiyyatda fəal olan, yəni, işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni, çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir. Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir".
Digər Xəbərlər
02 Oktyabr 2026 16:30
YAP-ın VIII Qurultayı başa çatdı
02 Oktyabr 2026 16:29
YAP Təftiş Komissiyasının yeni tərkibi
02 Oktyabr 2026 16:28
YAP İdarə Heyətinə 5 yeni üzv seçilib
02 Oktyabr 2026 16:02
Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı
02 Oktyabr 2026 15:58
Onlar YAP-ın İdarə Heyətinin üzvləri seçildilər - SİYAHI
02 Oktyabr 2026 15:46
Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM
02 Oktyabr 2026 15:32
"Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir" - General
02 Oktyabr 2026 14:32


Bakı -°C

