HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq

HƏMAS və İsrail girovların azad edilməsinə sabah başlayacaq.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə axşamı əldə edilən atəşkəs razılaşmasının şərtlərinə əsasən, İsrail ordusuna Qəzzada ilkin geri çəkilməsini başa çatdırmaq üçün 24 saat vaxt verilib. HƏMAS isə geri 20-nin sağ olduğu düşünülən 48 girovu 72 saat ərzində azad etməlidir.
İsrail girovların qarşılığında 2000-ə yaxın fələstinli məhbusu azad edəcək.
“İsrail sizin yaxınlarınızın - bizim yaxınlarımızın, girovların azad edilməsi prosesinin bazar ertəsi səhər başlayacağına inanır. Yaşayan girovlar bizə təhvil veriləcək və ölən girovların qalıqlarının da bizə təhvil veriləcəyi gözlənilir”, - İsrail hökumətinin girovlar üzrə nümayəndəsi Qal Hirş bildirib.
O əlavə edib ki, ölən girovların cəsədləri kimliyi müəyyən edilmək üçün “ağrılı və hörmətli bir mərasimlə” Məhkəmə Tibb İnstitutuna təhvil veriləcək.
Digər Xəbərlər

İran Misirdə keçiriləcək "Sülh Sammiti"ndə təmsil olunmayacaq

Avropa İttifaqı bu gündən yeni giriş-çıxış sisteminə start verdi

Ankara ilə Dəməşq arasında təhlükəsizlik məsələləri müzakirə olunub
