adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Mart 2024 12:03
1882
ƏDƏBİYYAT

Hekayə müsabiqəsinin nəticələri açıqlandı - FOTOLAR

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirdiyi hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.


Tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs giriş sözü ilə başlayıb:“ Belə bir layihənin  tez- tez olmasını arzulayırıq. Səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığı tədqirəlayiqdir. Məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyöblü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür. Çox təəssüf olsun ki, televiziyalarda bir çox proqramlar, seriallar məişət zorakılığını təbliğ edir. Hansı kanala baxır. İnsanlar bir- biriləriylə dalaşırlar, ya da bir- birilərini təhqir edirlər. Çox sevindirici haldır ki, artıq aidiyyəti qurumlar tərəfindən ciddi xəbərdarlıq aldılar.”

İSİM-nin direktoru Qəhrəman Haqverdiyev məsələnin ciddi şəkildə mövzu predmeti olduğunu qeyd edib:“ Müsabiqənin təşkilində əsas məqsəd odur ki, gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma anlayışını yüksək şəkildə inkişaf etdirək Ailədaxili problemlərin dinc yolla həllini tapması üçün mütləq şəkildə insanlar psixoloji dəstək almalıdır. Çözülməsi asan olan məsələlərin sonu ölümlə və ayırlıqla bitir. Çox təəssüf ki, bu bir reallıqdır. Gənc oğlanlarımız əsl kişi kimi, gənc qızlarımız isə əsl ana kimi yetişib, tərbiyə almalıdırlar. Burada səhiyyə təşkilatlarıyla yanaşı, məsələnin mənəvi tərəfi ədəbiyyatın üzərinə düşür.”

Tənqidçi-ədəbiyytaşünas Seyfəddin Hüseynli, İSİM-nin Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək bildiriblər ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.

Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçılarının hamısı qalib elan olunub: Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”).

Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.

İSİM-nin direktoru Qəhrəman Haqverdiyev qeyd edib ki, Belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çap edilməsi gözləniləndir.

Qeyd edək ki, müsabiqənin informasiya dəstəyi “525-ci qəzet”dir.

Əntiqə Kərimzadə