adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Yanvar 2018 10:08
37276
MARAQLI

Heç bir şeyi olmayan daha varlıdır… – TARİXİ DİALOQLAR

Adalet.az tarixi şəxsiyyətlərdənmaraqlı dialoqları təqdim edir:


Cəlil Məmmədquluzadə

Mirzə Cəlil azdanışan, sakit, çox üşünən və başqalarını da dinləməyi bacaran bir adam idi. Bir gün köhnə dostlarından biri evinə qonaq gəlir. O, xeyli danışır, Mirzə Cəlil isə yalnız dinləyib bir neçə saat ərzində vur-tut iki-üç kəlmə danışır. Dostu durub gedərkən Mirzə Cəlil deyir:
-Tez-tez gəl, belə şirin-şirin söhbətlərdən yenə edək!

Volter

Fransız yazıçısı və filosofu Volter bir nəfərruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez qonaq gəlməsindənbezir. Nəhayət, yazıçı ona deyir:
- SizinləDon Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hərbir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesabedirsiniz!



Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərinbir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir kəndə düşür. O kəndrestoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:
- Nə qədər verməliyəm? - dedikdə:
- Yüz dollar! - deyə, restoran sahibi cavab verir.
Qiymətin bu qədər baha olduğuna təəccüb edənVaşinqton:
- Görünür, sizin yerlərdə yumurta nadir tapılanşeydir! - deyir
- Xeyr cənab, yumurta nadir tapılan şey deyil.Bu yerlərdə prezident nadir görünən şəxsdir! - deyə cavab verir.


Volfqanq Motsart

Bir gənc bəstəkar məşhur alman bəstəkarıMotsarta müraciət edərək soruşur:
- Simfoniyanı necə yazmaq lazımdır?
- Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə balladayazmaqdan başlayasınız! - deyə Motsart cavab verir.
Gənc bu məsləhətə etiraz edərək deyir:
- Siz özünüz simfoniyanı on yaşına çatmamışyazmağa başlamadınızmı?
- Doğrudur… Ancaq mən simfoniyanı necəyazacağımı başqasından soruşmamışdım! - deyə cavab verir.


Aleksandr Düma

Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmişhəkim deyir:
- Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfəhazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz birivarmı?
Düma bu sual qarşısında bir qədər fikirləşibdeyir:
- Əlbəttə!
- Kiminlə görüşmək xəyalınız var?
- Başqa həkimlə! - deyə cavab verir.


Albert Eynşteyn

Albert Eynşteyn səliqəsiz geyinən və dalğındüşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkəndostlarından birinə rast gəlib deyir:
- Axşam bizə qonaq gəl, professor Stimson dabizdə olacaqdır.
- Stimson elə mən özüməm də! - deyə dostu cavabverdikdə:
- Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl! -deyib alim sözündə israr edir.


Nikolay Konstantinoviç Mixaylovski

Redaksiyaya gəlmiş özündən razı şairlərdən biri əsərlərinitənqidçi və redaktor Mixaylovski tərəfindən rədd edildiyini bilib hay-küysalaraq deyir:
- Bu tarixi səhvdir, xalq mənim əsərlərimiTolstoy yaddan çıxandan sonra belə, oxuyacaqdır. Mixaylovski gülümsəyərək onacavab verir:
- Bu ola bilər. Lakin sizin əsərləri Tolstoyyaddan çıxmamış oxuyan olmayacaqdır!


Nəsrəddin Şah

Qacar sülaləsindən olan İran hökmdarı şeiryazarmış. O öz şeirlərindən bir divan bağlamışdı. Bir gün saray şairini çağırıbşeirlərini oxumağı və fikir bildirməyi söyləyir. Ona deyir:
- Şeirlərimi tənqid etmək istəsən ehtiyyatlı ol.Ola bilər ki, sənin tənqidin mənim xoşuma gəlməsin və bunun üçün sənə ağır cəzaverməli olum. Buna görə də hansı şeirimin zəif cəhətini göstərmək istəsən o yerəancaq barmağını qoymaqla işarə et! Şair padşahın qeydini nəzərə alaraq divanıoxuyur, sonra kitabı bağlayaraq barmağını kitabın üstünə qoyur.

Nəsrəddin Tusi

Marağa şəhərində rəsədxana tikilməsi məsələsi irəlisürüldükdə monqol padşahlarından biri Nəsrəddin Tusini yanına çağırıbdeyiri:
- Ulduzlar elminin nə faydası var ki, rəsədxanatikilməsi üçün bu qədər xərc çəkək?
Tusi padşahın icazəsi ilə şəhər yaxınlığındakıdağın başından misdən qayrılmış böyük bir qabın aşağı fırladılmasını xahişedir. Qab fırlanıb gələrkən böyük gurultulu salmış və bu səsi eşidənlər qorxuyadüşüb qaçırlar. Tusi sakit oturan padşaha deyir:
- Bax, bu hadisənin səbəbi bizə məlumdur, onagörə də sakit oturmuşuq, amma başqaları qorxudan bilmir nə etsin. Bu qayda iləsakit yaşamaq üçün göydəki hadisələri bilmək lazımdır.


Napoleon Bonapart

Napaleon Bonapartın boyu balaca idi. Bir gün öz kitabxanasında dolabın yuxarı gözündənkitab götürmək istəyərkən boyu çatmır və bunu görən yavəri irəli gələrək deyir:

-Siz zəhmət çəkməyin, məngötürərəm. Mən sizdən ucayam.

Napaleon onun səhvini düzəldərəkdeyir:

-Uzunam demək istəyirdin.


Diogen

Bir nəfər varlı haqqındaDiogenin rəyini soruşurlar:

-O sərvətlidirmi?- deyirlər

-Bilmirəm. Mən yalnız onunçoxlu pulu olduğunu bilirəm.

-Deməli sərvətlidir.

-Varlı olmaq və çoxlu pulasahib olmaq eyni şey deyildir. Əsl varlı öz sərvəti ilə təmin olan adamdır. Oadam ki, hamıdan çox sərvətə malik olmaq istəyir, o, hamıdan yoxsuldur. Heç birşeyi olmayıb öz vəziyyətindən razı qalan ondan daha varlıdır.


Makedoniyalı İsgəndər

Makedoniyalı İsgəndər ölümününyaxınlaşdığını hiss edib deyir:

-Anama yazın ki, böyük süfrəaçıb bütün aclara doyunca yemək versin. Ancaq yaxın adamı, bir əzizi ölməmişinsanları süfrəyə yaxın qoymasın.

Bu vəziyyətin səbəbinisoruşduqda o, deyir:

-Anam belə edərsə görəcək ki,Yer üzündə əzizi, yaxını ölməmiş adam yoxdur. Buna görə də təskinlik tapıb azqüssə edər.


Sokrat

Qədim yunan filosofu Sokrat haqqındaçıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzınayaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:

-Ərim günahsız olaraq məhvedilir!- dediyini eşidib:

-Yoxsa sən istəyirsən ərinimüqəssir kimi məhv edəydilər?- deyə ona təskinlik verir.


Conatan Svift

Məşhur İrlandiya satirikiSvift bir səyahət zamanı mehmanxanada qalmalı olur. O, öz nökərini çağırıbçəkmələrini gətirməyi tapşırdıqda, nökər silinməmiş çəkmələri gətirib onaverir. Svift:

-Tom, bu nədir, mənimçəkmələrim silinməmişdir?- deyə soruşduqda:

-Gəzməyə gedəcəyinizi nəzərəalıb silmədim. Onsuz da toza batacaq yenə.

-Yaxşı-yaxşı... elə isəhazırlaş, sən də mənimlə gəzməyə gedək.

-Axı mən hələ xörək yeməmişəm,acam!- dedikdə

-Nə fərqi var, onsuz da yenəacacaqsan!- deyib Svift nökərini utandırır.


Qasım bəy Zakir

Qasım bəy Zakir bir gün şairCəfərqulu xan Vəfanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarının yoxaçıxdığını görüb bu misraları deyir:

Bəylər nə layiqdi xanqulluğuna,

Bir kəs atlı gedib, piyadəgələ?

İldə bir yol düşür mənimgüzarım,

Vay onun halına ziyadəgələ!...


Mark Tven

Böyük amerikan yazıçısı MarkTvenə bir gün gənc dramaturqlardan biri yeni yazdığı əsərini oxuyur və bəzənözünə xoş gələn yerlərdə Mark Tvenin də həyəcan keçirəcəyini gözləyir. MarkTven isə hər dəfə belə yerlərdə şlyapasını götürüb yenidən başına qoyur.Müəllif bunun səbəbini soruşduqda:

-Mən həmişə köhnə dostlarımarast gələndə salamlaşıram!- deyir.



Oğuz Ayvaz