adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Aprel 2020 08:12
48359
ƏDƏBİYYAT

Heç bir ata oğlunun yazıçı olmasını istəməz - SORĞU

Bir çoxhallarda valideynin məşğul olduğu peşəni övladları davam etdirir. Bu şərq ölkələrindədaha çox adət halını alıb. Azərbaycanda da müəyyən dərəcə də belədir desəkyanılmarıq. Bunu yaradıcılıq sahəsinə də aid edə bilərik. Məsələn, SəmədVurğun- Vaqif, Yusif Səmədoğlular, Rəsul Rza-Anar, İlyas Əfəndiyev-Elçin Əfəndiyevvə.s . Çağdaş dövrümüzdə də bu yaşanmaqdadır. Şair və yazıçıların övladları da birçox hallarda şair və yazıçı olur. Bu nə ilə bağlıdır? Valideynin basqısı,övladını o sahəyə yönəltməsi, yoxsa istedadın genlə ötürülməsi? Həm övladın, həmdə valideynin yaradıcılıqla məşğul olduğu ailələrin bu məsələyə münasibətiniöyrəndik.

Mərhum yazıçı Eyvaz Əlləzoğlunun ailəsində iki oğluyaradıcılıqla məşğuldu. Oğuz Ayvaz ona şeir yazdıran səbəbin anasının intiharıolduğunu söyləyir:

"Gözümü açandan evdə kitab, qəzet olub. Atam ağ vərəqləriboş qoymazdı, yazıçı kimi onu yeniyetməliyimdən tanımağa başladım. Amma atamheç vaxt mənim yazıçı, sənətçi olmağımı istəmirdi. Onun sağlığında şeiryazmırdım. Anamın intiharı mənə şeir yazdırdı, o da müvəqqəti. İndi bir misrabelə yaza bilmirəm.”

Ayxan Ayvazın fikrincə Azərbaycanda heç bir ataoğlunun yazıçı olmasını istəməz. Yazmaq taleyinə çevrilibsə bədbəxt olacaqsan.

"Mən yazmağa başlayanda atama baxıb yazmışdım. Evdəbir yazıçı olması sənə təsir edir, doğrudur. Məncə, bizdə heç bir ata oğlununyazıçı olmasını istəməz. Necə ki, mənim atam istəmirdi. Əgər sadəcə atan yazır,mən də yazım dərdinə düşmüsənsə, onda alınmayacaq. Yox, yazmaq artıq taleyinəçevrilibsə, vəssalam, bədbəxt oldun. Atam mən yazmağa başlayanda istəmirdi,qarşısını alırdı. Amma başa düşdü ki, yazı mənim taleyimə qarışıb. O zamanlaryazdıqlarımı atamın yazdığını düşünənlər çox idi. Atam öləndən sonra hamıinandı ki, özüm yazırammış.”

Şairə Kəmalə Abıyeva bunun daha çox genetika iləbağlı olduğunu düşünür.

"Keçmişdə də belə olub. İnsan müəyyən peşələrə yiyələndikcəövladına öyrədib sənətini. Elə seçim imkanı da olmayıb. İndi elm də sübut edibki, insanın genetik yaddaşı var. Valideynlərlə övladların oxşarlığı çoxdu. Həttayerişləri, səsləri belə oxşayır. Yəni genetika danılmazdır. Amma insanınformalaşmasında ətraf mühit də mühüm rol oynayır. Bu da pedaqogikanın gəldiyi nəticədivə həyat da bunu göstərir. Genetik olaraq yaradıcı olacağını düşündüyüm bir gəncnarkoman oldu. Belə hallar az deyil. Yazıçılıq peşə deyil. Bu istedaddı. Fərqligörmək, fərqli yanaşma, görmədir. Ümumiyyətlə, fərqli ,seçilən insanlarıngenetikasının təsiri böyükdür.

O ki, qaldı valideyn basqısına, basqı ilə mühəndis,həkim ola bilər. Keyfiyyət də sual altında qalır. Amma basqı ilə yaradıcı-yazıçı etmək olmaz. İndi pulla 100 kitab da çıxarmaq olar. Kiminsə dəstəyinialanlar da var. İmza ola bilmirlər . Basqı ilə övladını yaradıcılıqdanuzaqlaşdıra bilərsən, amma yazıçı edə bilməzsən. Vaqif Səmədoğlu SəmədVurğunun, ya Anar Rəsul Rzanın basqısı ilə yaradıcı olubmu? Qətiyyən. Sadəcəailə münbit torpaq kimi olub. Bu həm də genetikdir.”

Şair QəşəmNəcəfzadə oğlu Kəramət Böyükçölə heç bir halda təsir etmədiyini bildirir:

"Bu halnə ilə bağlıdır dəqiq bilmirəm. Amma ədəbiyyat sahəsində bu valideyn basqısı iləola bilməz. Mən Kəramətə heç vaxt deməmişəm ki, bunu elə, bunu etmə. Ümumiyyətlə,təsir etməmişəm. Ona sağlamlığını, ailəsini qorumağı məsləhət vermişəm. Birqadın haqqında danışanda sevgi ilə danış. Bunlardan əlavə ona hər hansı cidditapşırığım olmayıb.”

Mərhumşair Fikrət Sadığın qızı Aysel Fikrət atasının bu yöndə ona hər hansı təzyiq vəyönləndirmə etmədiyini söyləyir. Əksinə, onun yaradıcılıqla məşğul olmasını istəməyib.

"Mənim vəziyyətimdə bu dedikləriniziniçində bircə genetikayla razıyam .Çünki heç bir zaman Bu barədə düşünməmişdim .Atam mənim şairə ,yazar olmağımı qəti surətdə istəmirdi. Ailədə onu layiqincədavam etdirən var. Atam həmişə Orxanla fəxr edir ,öyünürdü. Mən də Orxanın(OrxanFikrətoğlu) əsərlərini oxuyanda onu hər dəfə yenidən kəşf edirəm. Ailəmdə ədəbiyyatüçün mühüm simalar olduğundan əminəm. Ona görə qəti surətdə içimdə gedənproseslərlə mübarizə aparırdım . Yaradıcılıq da bir növ xəstəlikdi. Hətta alimləronu nevroz halına bənzər bir xəstəlik olduğunu belə müəyyən ediblər. Bacarmadıqdayazıb gizlədirdim . İlk oxucularım ədəbiyyat adamları idi . Davam etməyimi istədilər. Bir dəfə Vaqif Səmədoğlu evdə üçüncü yaradıcı olduğu üçün bunun daha çox əziyyətliolduğu haqqında müsahibə vermişdi . Zamanla onu daha gözəl anlamağa başladım . Heçbir zaman bir qapı döymədim ,ömrümün sonuna qədər də bunu etməyəcəm . Genetikarol oynayır . İndiki halımda isə bu meydanda atama görəyəm . Bunu tam mənadaetiraf edirəm . Atamın sağlığında ədəbiyyat üçün böyük ümidlərim var idi .Özümüifadə etmək qardaşım kimi öz adımı sübut etmək istəyirdim.

Yalnız atamın haqq dünyasına qovuşduğu gündənruhundan mənə düşən paydan imtina etmədim . Onun üçün davam etdim .Yaşatmaqüçün bu aləmə atıldım. Eynən onun kimi ölən günə qədər əqidəmdən ,təmiz, safsözümdən dönməmək ümidiylə yoluma davam etdim .Günü gündən özümdə bunun üçün daha böyük bir güc hiss edirəm . Çox sevinirəmtədbirlərdə məni təqdim etməzdən əvvəl atamdan söz açılanda . Onun xatırlanmasıəsas məqsədimdi .Tanrıdan qulağımapıçıldanılan sözlərin içində atamın nuru var .

Mən düşünürəm ki, ad yaşatmaq böyük bir missiyadır.

Emin Piri