adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2017 12:30
231140
RUBRİKA

"Heç ayılmaq istəmədiyim yuxular olur" - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər günrastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzunqaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tezxatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibindəveyl-veyl dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar,sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizisarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürənatlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxulargöstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhurpsixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapsı" rubrikasının budəfəki qonağı tanınmış telejurnalist Ləman Ələşrəfqızıdır. Adalet.az müsahibəni təqdim edir:


- Froydagörə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmişşəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

 - Bilirsizdə, nasist Almaniyasında Freydin kitablarını yandırıblar. Buna münasibət bildirənFreyd isə deyirmiş ki, orta əsrlərdə olsaydıq, onlar mənim özümü yandırardılar,amma biz gör nə qədər inkişafa nail olmuşuq ki, onlar mənim kitablarımıyandırırlar. Tarix sübut elədi ki, Freydin kitablarını yandıranlar, onu "intellektual şarlatan” adlandıranlar özləri də yuxu ilə bağlı normal, tutarlı,tamamilə əsaslandırılmış bir nəzəriyyə ortaya qoya bilmədilər. Qaldı Freydə… HeçFreydin özü də yuxugörmənin dəqiqfizioloji mexanizmini aça bilməyib. Yəni,əsrlərdir yuxugörmənin nə olduğununkonkret sübutu yoxdur, amma müxtəlif nəzəriyyələrvar. Və o nəzəriyyələrdən biri də isbat etməyəçalışır ki, beyin hüceyrələrində fiksassiya olunmuş müəyyən informasiyalar spontan olaraq yuxuzamanı birləşir və onların qarışığındanmüəyyən bir məzmun əmələ gəlir. Məsələn, çox hörmət etdiyim həkim- psixiatrNadir İsmayılov mənə bunu bir yuxunun timsalında belə başa salmışdı. Tutaq ki,adam yatır və yuxuda görür ki, dəvənin belində kosmosa uçur. Deməli, onun beynimdədəvənin obrazı, kosmosun informasiyası olan nöqtələr birləşir və nəticədə adam beləbir yuxu görür. Şəxsən məndən soruşsanız ki, yuxugörmə nədir? Mən onu beyinin işindən də çox Allahın işi sayaram.Düzdür, alimlər beyində 20- 40 milyardsinir hüceyrəsinin olduğunu deyirlər vədolayısıyla yuxunun sirrini aça bilməmələrinin günahını bu mürəkkəb quruluşdaaxtarırlar. Amma mən daha çox bunu Allahla əlaqələndirirəm. Professor Azad Nəbiyevinmaraqlı bir fikri var. O deyir ki, yuxu qeybdən göndərilən çox mühüminformasiyadır və insan beyni onu deşifrə etməkdə acizdir. Məncə maraqlımülahizədir, əks halda, yaxın bir adamın ölümünün qabaqcadan yuxuda əyan olmasının hansısa sinir hüceyrəsi ilə nəəlaqəsi?


- Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

- Yuxularımagörə plan qurmuram. Amma yuxularıma çox inanan adamam. Bəzən günün sonuna kimi gecə gördüyüm yuxunun təsiri altında oluram, oyuxunun nəticəsini gözləyirəm. Bax, indi sizə müsahibə verəndə də gecəki yuxumudüşünürəm. Yəqin maraqlıdır nə görmüşəm? Evimizi, anamı, rəhmətə gedən xalamıgörmüşəm. Xalam 90-cı illərin sonlarında vəfat edib və bu illər ərzində ilk dəfədir yuxuma gəlir. Biraz ona görə rahatam ki, niyyəti pis deyildi. Amma yenə dəgünün sonuna var və hər telefon zəngi məni diksindirir. Çünki, yuxu beynimdəsanki kodlaşıb, onu yaddan çıxara bilmirəm.


- Yuxudansonra onun yozumları haqda baş sındırırsız?

- Deyirməşhur islam alimi imam Malikidən soruşanda ki, hər kəs yuxu yoza bilərmi? O busuala- peyğəmbərliklə oynamaq olarmı?-sualı ilə cavab verib. Mən də yuxuyozmanıYusif peyğəmbərə Allahdan göndərilən bəxşiş sayıram. Amma eyni zamanda düşünürəmki, hər bir şüurlu adam da yuxu yoza bilər. Əsas odur ki, o niyyətində safolsun, bu yuxunu təmiz ürəklə yozsun, pis niyyətlə yozmasın, alver predmetinəçevirməsin. Mən öz yuxumu özüm yozuram. Çox vaxt da düz çıxır. Amma yoza bilmədiyim yuxular davar əlbəttə. Onda da heç əhəmiyyət vermirəm. Ümumiyyətlə deyirlər ki, ən doğru yuxu görənlər danışığında ən doğruolanlardır. Məncə bu həqiqətdir.


- Yuxuların mistik hadisə olduğunainanırsınızmı?

- Yuxuların mistik hadisə olmasına daha çoxinanıram. Ötən il yuxu ilə bağlı sənədli film hazırlayırdım. Çoxlu materiallarla tanışoldum, bir xeyli maraqlı insanlarla söhbət etdim. Eyni zamanda sosial şəbəkədədostlarımdan xahiş etdim ki, gördükləri maraqlı yuxuları mənə yazsınlar. O qədər yazdılar ki, çaşıbqalmışdım. Məsələn, bir xanım yazmışdı ki, qardaşım şəhid olub. Bir gün anamonu yuxuda görür, Qardaşım deyirmiş ki, ana, bacımın nişan konfetindən mənə dəbir dənə ver. Yazır ki, həqiqətən də bir gün qabaq bacıma nişan eləmişdik.Deyir anam səhər duran kimi bacıminnişanında gətirilən konfet qutusunu açdı və hamımız heyrətə gəldik. Bağlıqutuda bir konfet əskik idi. Çox hörmət etdiyim Əsəd Cahangir də öz yuxularınıo filmdə mənə elə obrazlı danışıb ki, yuxu elə mistikadır deyə düşünürəm. Tarixdə də üzü Yusif Peyğəmbərdən bu yana bir çox şəxsiyyətləringördüyü yuxular adamı daha çox yuxularınmistik tərəfləri ilə bağlı düşünməyə vadar edir. Bu xüsusda mənə daha maraqlı gələnƏmir Teymurun yuxularıdır. Bilirsiz ki, o özünün tüziklərində yuxularından bəhsedib və yuxularına uyğun da hərəkət eləyib. O yazırdı ki, etdiyim yürüşlərin,görəcəyim işlərin sonluğu mənə yuxularımda əyan olurdu. Məsələn tüziklərində oTuğluq Teymurun öz ordusu ilə gəlib ona birləşməsinin yuxusunu belə nəql edir. "Gecə yuxuda gördüm ki, birşahin gəlib biləyimə qondu. Bu zaman hardansa bir sürü inək çıxdı və mən onlarısaymağa başladım. Yuxuyozanlar dedilər ki, şahin əzəmətdir, inəkləri saymaq isəvar-dövlətinin artmasıdır. Həqiqətən də Tuğluq Teymurun gəlib mənə birləşməsigücümü də, var-dövlətimi də artırdı." Və yaxud, çar Astiyakın yuxusu. Deyilənlərəgörə o da yuxuda qızının bədənindən ağac çıxdığını və bu ağacın hər tərəfitutduğunu görür. Yuxusunu yozduranda ona deyirlər ki, qızın oğlan doğacaq və obütün dünyaya sahiblənəcək. Həqiqətən də Kir doğulur və o nəinki qonşu dövlətləri,hətta babası Astiyakın hakimi olduğu Mİdiyanı da istila edir. Belə yuxulardan çoxlu misallar gətirmək olar.Məsələn biri də olsun Sezarın arvadınınyuxusu. O da bilirsiz ərinin öldürüləcəyi işarəsini yuxuda almışdı. Hər halda əsrlərkeçib, amma insan övladı bu sualın cavabını tapmaqda aciz görünür. Yuxugörməelmdir, yoxsa mistika? Hər halda, mən ikinciyə inanıram.


- Gördüyünüz yuxular çin olurmu, yada əksinə?

- Mənimyuxularım birmənalı çin çıxır. Hətta ailəmizdə də bunu bilir və yuxularımı çox ciddiyəalırlar.(gülür)


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxuvə ən gözəl yuxu hansılardır?

Ataminsult keçirtdi, komaya düşdü. Burda Semaşkoda yatırdı. Hardasa 6 gün olacaqdı.Gecə yuxuda kənddəki ata evimizin qapısından bir sürü camış çıxdığını gördüm.Bir də rəhmətlik fotoqraf Elxan Kərimov vardı, mənim keçmiş iş yoldaşım. Oyuxuma girdi, məni çağırdı, baxanda üzünü divarın arxasında gizlətdi. Səhər mənartıq atamın ölüm xəbərini gözləyirdim. Və bu yuxu məni o ölümə hazırladısanki. Gözəl yuxularımı isə hələ gözləyirəm. Düzdür, bəzi maraqlı yuxularımolub ki, onları sınamışam. Məsələn, yuxuda pilləkənlə yuxarı qalxıramsa, bu əladır. Mütləqişimdə yüksəliş olacaq, amma enməyinziyanı da hansısa bir işimdə dərhal özünü göstərib. Özü də deyim ki, bu yuxunubəlkə də azı 100 dəfə görmüşəm.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bununsəbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faiziağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Alimlərizah edə bilmirlərsə, deməli mən heç izah edə bilməyəcəm. (gülür) Amma bu sual yaxşıideya verdi. Gərək bundan sonrayuxularımın rəngini diqqətdə saxlayım. Bəlkə mən də elə ağ-qara yuxu görənlərdənəm. Ammayox, sonuncu yuxumda qıpqırmızı gilas gördüyüm yadımdadır.


- Hansı doğmanızı dahaçox yuxuda görürsünüz?

- Qızımıgörürəm, anamı görürəm. Atamı rəhmətə gedəndən sonra cəmi bir dəfə görmüşəm. Oda sanki yuxuda deyildi, həyatdaydı. Yəni, yanımda hiss elədim onu və bir neçəgün bu yuxunun təsirindən çıxa bilmədim. Sonra daha gəlmədi yuxuma. Hərdən ürəyimdənkeçir ki, o yuxunu bir də görüm, çünki bu yuxudan çox reallığa bənzəyirdi. Bəlkədə ruhu idi atamın, amma yox. Daha gəlmir.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözüvar: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hərbirinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necəfikirləşirsiniz?

- Eləbir maraqlı fikri də bizim Asif Ata deyib. O yuxunu təxəyyülün sərgüzəştləriadlandırıb. Maraqlı söz birləşməsidir,yox? Və adamı yuxu görməyə həvəsləndirir. (gülür) İstəyirsən ki, yatasan və çoxlumaraqlı epizodlar görəsən. Adam var ki, deyir heç vaxt yuxu görmürəm. Mən bununormal saymıram və o adamlara da yazığım gəlir. Düşünürəm ki, yuxu həqiqətən dəbaşqa aləmdir və bəzən o aləmdə özünü daha xoşbəxt sayırsan. Bəzən heç ayılmaqistəmədiyin yuxular da olur. Hətta ölən adamın da gəlib sənin yuxuna girməsi nəticəsindənasılı olmayaraq maraqlı gəlir adama. Bu dünya ilə əlaqələri qırılan şəxslə sənyuxuda ünsiyyət qurursan, danışırsan, onu həyatda olduğu kimi yaxından görürsənvə s. Bunun nəyi pisdir ki?


- Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

Fikirvermisizsə, bir adam hansısa əlçatmaz arzusunu dilə gətirəndə başqası ona "hə,yuxunda görərsən!” deyir. Bu təsadüfi deyil, insanların öz həqiqətlərinə dahaçox yuxuda çatmalarına işarədir. Amma yuxular da var ki, bizi sözün əsl mənasındahəqiqətə çatdırır. Məsələn tarixdə elə maraqlı yuxu nümunələri var. 19-cu əsrdətikiş maşınını ixtira edən Elyas Xobilirsiz ki, əvvəlcə iynənin gözünü küttərəfdə yerləşdirir. İxtira uğurlu alınmır, maşınlar tez-tez sıradan çıxır.Problemi heç cür çözə bilməyən Xo bir gün yorğunluqdan elə çertyojun üzərindəcəyuxulayır və yuxuda görür ki, Şərq hökmdarı onu hədələyir. Deyir ki, tikişmaşınını ixtira etməsən edam ediləcəksən. Xo özünün edama aparılma səhnəsini dəaçıq-aydın görür. Görür ki, hər birinin süngüsünün ucunda dəliklər olan əsgərləronun üzərinə yeriyir. Xo yuxudan ayılır və iynənin dəliyini uc hissədə yerləşdirməklə tikiş maşını problemini həll edir. Yəni, Xo öz həqiqətinə tək yuxuda deyil, həm dəhəyatda çatır. Allah bizi də bu cürimkanlardan və bu cür yuxulardanməhrum eləməsin!