“Hec kimə belə sonluq arzulamazdım...”
"Mənsub olduğu xalqın vicdanlı nümayəndəsi və ölkəsinin vətəndaşı ola bilməyən, olmaq istəməyən birisi "dunya vətəndaşı” hec ola bilməz. Yalnız milli və bəşəri idealları vəhdətdə götürməyi bacaranlar cərçivələri yara və proseslərin fövqünə qalxa bilərlər”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclissədrinin müaviniBahar Muradovaözünün kinossenarist Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz triosu” filminə münasibət bildirərkən söyləyib.
"Həyat göstərdi ki, yalnız hec bir əndazəyə sığmayan hərəkətləri və sensasion acıqlamaları ilə "məşhurluq" qazanmaqla öz konyuktur maraqlarını doğma xalqının və insanlığın mənafeyinə xidmətdən üstün tutanlar mütləq şəkildə "bizim kinossenarist" Rustəm İbrahimbəyovun aqibəti ilə üzləşəcəklər.İxtiyar yaşında öz günahı üzündən soydaşları arasında olub qalan hörmət və nüfuzunu itirənlər başqalarnın sevgisini qazana bilməzlər. Həm də ki, artıq buna vaxt qalmayıb. Daha hec kimə belə sonluq arzulamazdım...”, - B.Muradova əlavə edib.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 2015-ci ildə çəkilən "Qafqaz triosu” filmində Azərbaycan xalqı aşağılanıb.
Filmin rejissoru Eldar Şengelaya ilə Fuad İbrahimbəyovdur.(modern.az)
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00