adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2018 14:01
30380
MARAQLI

Hazırcavablığı ilə seçilən məşhur adamlar

Tərkidünya həyat tərzi ilə ad çıxaran və dünya nemətlərindən vaz keçən qədimyunan filosofu Diogen bir gün çox dar dalanda şəhərin mənfur xislətli zənginsakini ilə qarşılaşır. Dalan o qədər dar olar ki, eyni anda yan-yana iki nəfərinhərəkəti mümkünsüzləşir. İki nəfərdən birinin yol verməli olduğu məqamda heçbiri bu addımı atmır. Axırda varlı kişi əsəbləşib deyir:

- Mən bir axmağın önündəheç vaxt geri çəkilmərəm.

Bu zaman Diogen geri çəkilərək bu cavabı verir:

- Amma mən çəkilərəm.

***

Xoşbəxliyin insanın öz əlində, sərvətin isə özayaqları altında olduğunu deyən məşhur filosofdan soruşurlar:

- Madam ki sərvətayaqlarınızın altındadır, niyə onu əldə edə bilmirsiniz?

Təmkinini pozmayan filosof bu cavabıverir:

- Çünki ona çatmaq üçünəyilmək lazımdır və mən də əyilməyi bacarmıram!

***

İngiltərənin baş naziri Uinston Çörçill kürsüdəçıxış edərkən müxalif partiyanın üzvü olan bir qadın onun sözünü kəsir:

- Əgər həyatyoldaşınız olsaydım sizin qəhvənizə zəhər atıb qarışdırardım!

Hər zaman hazırcavablığı ilə fərqlənən Çörçill sakit tərzdə cavab verir:

- Xanım, əgər həyatyoldaşım siz olsaydınız mən o qəhvəni sevə-sevə içərdim.


***

Sokratla arvadı bir-birilə yola getmirdilər. Arvadıhəddindən çox deyinir, fərsiz saydığı filosofu danlayırdı. Sokrat isə səbirləona dözürdü. Bir gün həddindən artıq qəzəblənən arvadı Sokratın bu qədər təhqirlərqarşısında sakit dayandığını, oturduğu yerdən qımıldanmadığını belə görübhirsindən onun başına bir vedrə su tökür. Sokrat yenə də təmkinini pozmur vədeyir:

- Bu qədər göygurultusundan sonra mütləq leysan yağmalı idi.

***

Bernard Şou ilə Çörçilin qəti arası yox idi. Hərzaman bir-biri ilə tikanlı-tikanlı danışarmışlar. Bir gün Bernard Şou müəllifiolduğu pyes əsasında hazırlanan tamaşaya Çörçili dəvət edir və məktubda beləyazır: "sizə iki nəfərlik yerayırdıq. Özünüzlə dostunuzu da götürə bilərsiniz. Təbii ki, əgər dostunuzvarsa".

Çörçil məktubu oxuyan kimi belə cavab yazır:

- Həmin gün başqabir yerə dəvətliyəm. Təəssüf ki, gələ bilməyəcəyəm. Amma tamaşanız ikinci dəfəgöstəriləndə mütləq gələrəm. Təbii ki, əgər tamaşanız ikinci dəfə göstərilməkgücündədirsə.

***

Böyük alim Qaliley həm də qulaqlarınınböyüklüyünə görə seçilirdi. Bir gün müasirlərindən biri ona sataşmaq üçündeyir:

- CənabQaliley qulaqlarınız bir insan üçün elə bil bir az böyükdür. Bunun fərqindəsiniz?

Qalileyin cavabı:

- Doğrudur. Ammasizin qulaqlarınız bir eşşək üçün elə bil bir az kiçikdir. Bəs siz bunun fərqindəsiniz?!

***

Tədbirlərin birində bir adam şair Məhmət Akifiaşağılamaq istəyir və ondan soruşur:

-Bağışlayın bəy, siz baytarsınız?

- Bəli baytaram, biryeriniz ağramır ki?

***

Cumhuriyyətin elanından sonra İstanbulda rəsmi mərasimkeçirilirdi. Bu zaman xarici ölkələrin bütün səfir və nümayəndələri Atatürkü təbriketməyə gəlir. Yığıncaq başlayandan Atatürk ingilis səfirin ona hədə iləbaxdığını hiss edir. İş o yerə çatır ki, köməkçisini onun yanına göndərib səbəbinisoruşmaq istəyir. Köməkçisi bu cavabla qayıdır:

- Səfirdedi ki, o, Çanaqqala savaşında mənim atamı öldürüb.

Mustafa Kamal cavabında:

- Sən getondan soruş ki, onun atasının Çanaqqalada nə işi var idi.


Emin Akif