adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 May 2020 19:16
48078
LAYİHƏ

Hay kilsəsinin “gözü yaşlı saxta Şuşa fəryadı”

"Eçmiəzdin"jurnalının 1956-cı il may ayının nəşrindəməlumat verilmişdir ki, bütün ermənilərinkatalikosu I Vazgen Moskva şəhərində SSRİ Nazirlər Sovetinin sədriN.A.Bulqaninlə görüşmüşdür. Görüşdən əvvəl baş hay keşişi bu ünvana iki məktubla (12 may 1956-cı il tarixli -Q.Y.)müraciət etmişdir. Birinci məktubda qeyd edilmişdir ki, Azərbaycan hüdudlarında(Qərbi Azərbaycan ərazisi nəzərdə tutulmur - Q.Y.) 500 min nəfərdən artıq erməniyaşasa da, cəmi iki kilsələri fəaliyyətgöstərir, Bakı və Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərlərində.

Daha sonra bildirilirdi ki,Qarabağ Dağlıq Vilayətində 200 min nəfərə qədər erməni yaşadığı halda cəmi birkilsələri var, o da ucqar bir kənddə..."

Göründüyü kimi, dünyamiqyasında irticaçı struktura malik hay kilsəsi Azərbaycanın Qarabağ bölgəsindəcəmi bir kilsələrinin olduğunu rəsmən təsdiqetmişdir, çox güman ki, baş hay keşişi indiki Kəlbəcər rayonunun inzibati-ərazivahidliyinə aid edilən (əvvəllər Ağdərərayonunun tabeliyindəki) Vəngli kəndindəXIII əsrdə inşa edilən Alban məbədikompleksini ("Gəncəsər məbədi") nəzərdə tutmuşdur.

Maraq doğuran cəhət odur ki,hay kilsəsi və hay sürüsü dünyanın hansı yerinə köçünü sürürsə "mıxınıçalmazdan, çadırını qurmamışdan əvvəl"kilsə tikinisinə adətkərdədirsə (ərazi iddialarına don geyindirmək üçün ənetibarlı vəsilə kimi), amma... Qarabağdacəmi bir "kilsə"ləri var, onda saxta, uydurma... hansı ki,onun da ibtidai hay sürüsünün olmayan dini dünyagörüşü ilə heç bir bağlılığıyoxdur.

Azərbaycan hüdudlarında xristianlığa qədərki və müsəlman-türkmənşəli dini, ibadət abidələrinin özadlarına çıxmaq istəyi hay kilsəsinin uydurma xəyalları və irticaçı əməllərisırasında yeni deyil.

Minilliklər, əsrlər boyunca busayaq təcavüzkar əməllərini ŞərqiAfrikada, Aralıq dənizi hövzəsində, KiçikAsiya və Ərəbistan yarımadasında,Hindistanda..., ən nəhayət, bütün Azərbaycanda,o cümlədən həmişə düşmən hədəfinə tuş gəlmiş Qərbi Azərbaycan vəQarabağ ərazilərində çirkin niyyətləriilə həyata keçirə biliblər.

Qarabağın dağlıq bölgəsində,ona bitişik məkanlarda yayılmış, yaşı minilliklərlə, yüzilliklərlə ölçülən müsəlman-türkdünyasının dini-ibadət, ziyarət ocaqlarının, əski qəbiristanlıqlarının saxtahay "dini" təlimi ilə heç bir əlaqəsinin olmadığı bir sıra amillərləbağlıdır.

İlk növbədə həmin maddi-irsabidələrinin etnik-morfoloji mənşəyi vəsakral-mənəvi təlimlərin təşəkkültapması, formalaşması mərhələləri ilə. Bu müqəddəs ibadət ocaqlarının, dini-təlimmərkəzlərinin, onların yerləşdiyi coğrafi məkanların adları (teotoponimləri) dasırf əski müsəlman-türk adlarını ifadə edir və saysız-hesabsız qədərdir.

Dağlıq Qarabağ bölgəsinin Kirsdağı ətəklərinə bitişik Laçın nahiyəsininMüsəlmanlar kəndinin adı, yaranma məşəyi (etno-morfoloji əsası),toponimikstrukturu əski Alban dini-ibadət təriqətininmüsəlmanlıqla bağlılığını ifadə edir.

1749-1751-cı illərdə Qarabağ xanıPənahəli İbrahimxəlil ağa Saracalı-Cavanşir (1693-1758) Şuşa qalasınıntikinisini aparanda Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə ilk növbədə həm dədaşdan və əhəngdən məscid inşa etdirmişdir. Bu yerlər yaylaq yeri olduğundan vətərəkəmə elatının istifadəsində olduğundan Pənahəli xan halallıqla bu yerləriqızıl pulla almışdır. Həmin yerlərdə Qala tikintisində Vərəndə məliyi Şahnəzəröz yardımı üçün Xandan icazə istəyir, acizanə halda xahiş edir.

Sonralar Azərbaycan dövlətçiliyiüçün təhlükə ocağına çevrilmiş bu nəsilinəcdadları 1820-ci illərdə Cənubi Azərbaycandan köçürüləndə əvvəlcə Qərbi AzərbaycanınÇuxur-Səəd bəylərbəyliyinin idarəçiliyində olan Göyçə mahalında, İstisu hövzəsindəyerləşmiş, 1840-cı illərdə isə Qarabağın dağlıq hissəsinə köçmüşlər.

Şahbulağı ərazisində Qalatikintisi başa çatdıqdan sonra Şuşa şəhərinin bir məhəlləsində ailəsi, qohum-əqrəbasıilə məskunlaşmağına Xandan icazə istəyir məlik Şahnəzər. Ürəyi yumşaq vəuzağıgörməyən Xan ona Şuşa şəhərinin qədim Alban məbədinin səkkizguşəli bünövrəsiduran yerin ətrafındakı məhəllədə birneçə özünəoxşar hay ailəsi ilə binə qurmasına razılıq verir. Aradan bir müddətkeçdikdən sonra hay keşişləri həmin məbədin bünövrəsi üzərində tikili ucaldaraqhay kilsəsi kimi istifadə etməyə başlamışlar.

İllər keçdikcə Şuşa şəhəri və onun ətraf kəndlərində tədricən, asta-asta yığnaq edən haysürüsü eyni zamanda Qarabağ bölgəsinin yer-yurd adlarında, maddi-tarixi irs nümunələrində, müqəddəs ziyarət ocaqlarında,mədəni tikililərində... "hay imzasını" yerləşdirməyidə yaddan çıxarmamışlar.

Təbii ki, hay kilsəsi olaraq buüsuldan elə istifadə edilmişdir ki, heç "ruhumuz da inciməmişdir".1950-ci illərdə Xankəndi şəhərindən500-600 m aralı yerləşən,İbrahimxəlil Pənahəli xan oğlunun (1732-1806) Qaraqar çayının sahilindəsaldırdığı məşhur "Xanbağı"nın ərazisi (10 hektara qədər sahə) şəhər hay rəhbərliyinin məkrliniyyəti ilə dağıdıldıqda, bumaddi-tarixi yerdə inşa edilən müxtəlif təyinatlı tikililərdən biri də dəmirçiemalatxanası idi, orda hay ustaları işləyirdi.

Və hazırladıqları bütün əmək alətlərində(dəryaz, oraq, balta, kotan, dəhrə...) adlarını yazmağı, hay naxışını vurmağıda unutmurdular.

Şuşa nahiyəsində müsəlman-türkmədəniyyətini özündə minilliklər ərzində yaşadan qutsal-duyğusal, sakral-diniziyarət ocaqları, qədim Alban məbədləri və insan yaşayış məskənləri... digər yaşayış məntəqələrində (Zamanpəyəsi,Kosalar, Mirzələr, Xəlifəli, Sarıbaba, İmamqulular, Ağbulaq, Paşalar...) olduğukimi, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Ucan, Meşəli kəndlərində az olmamışdır.

Nahiyənin Malıbəyli kəndindənşimala 4-5 km aralıda yerləşən"Palıdlı meşəsi"nin qırağındayaşı minildən çox olan "Oğuzqəbri" əski oğuz-türk maddi mədəniyyətinin nümunəsi idi. Qəbir daşlarının uzunluğu 2 metrə çatırdı, yerəbasdırılmış iki yan daşlarının arası boş torpaq sahəsi ilə örtülmüşdü.

Qarabağın məşhur memarı və mühəndisiKərbəlayi Səfixan Qarabağinin (1817-1910) tərəfindən öz layihəsi əsasında Malıbəyli kəndinin mərkəzində 1860-cı ildə inşa edilmiş Cümə məscidi 4sütunlu və qoşa minarəli idi. Məscidin giriş qapısının üstündəki daş lövhədə ərəb əlifbası ilə abidənin müəllifininadı və inşa tarixi yazılmışdı. Kəndin ərazisində kol-kosla örtülü qədim Alban məbədininyeri də 1990-cı illərədək qalırdı.

Yuxarı Quşçular kəndinin şərqindəkiaçıq sahə olan "Uzun tala" qədiminsan ocağının cənub-şərqindəki "Sığnaqyeri" bir neçə yeraltı otaq-mağara halındaydı, 1985-1986-cı illərdəoradan mis bəzək əşyaları, rəngliqolbaqlar, gümüş kəmər hissələri, əski sikkələr... tapılırdı.

Aşağı Quşçular kəndindən 2 km,Malıbəyli kəndindən 4 km aralı olan "Gədik dağı"nın ətəyində yerlixalqların qutsal-sakral inanclarından doğan teotoponimlərdən biri yaranmışdı - əskiPirməki kəndi. Bu kənd Malıbəyli-Abdalyolu üstündə yerləşib, onun qədim yurd yerlərində 1960-cı illərdə Əsgəranrayonunun haylar yaşayan Şuşikənd təsərrüfatı üzüm bağlarısalmışdı.

Meşəli kəndinin cənub hissəsindəAlban məbədi (içində 3 qəbir) və ətrafındaqədim qəbir daşları var idi. Baş daşlarının boyu 1,2-1,5 m olardı, üzərində səkkizguşəlinaxışlar, döyüşçü rəsmləri, saz, zindan-çəkictəsviri, üzüm yarpağı və nar şəkili həkk olunmuşdu.

Məbəd dairəvi idi, daş tağlı vəhündürlüyü 7-8 metr olardı. 1980-ci illərdədaşnaklar məbədin içərisindəki qəbir daşlarının birini oğurlayıb İrəvanşəhərinə aparmışdılar...

(Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəylikənd sakinləri Bəsail İbiş oğlu İbrahimovun (1946), Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruşoğlu Cəfərovun (1957) və Yuxarı Quşçularkənd sakini Allahverdi Balakişioğlu Balakişiyevin (1953) məlumatlarından istifadə edilmişdir.)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.