adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Iyun 2018 11:05
11261
SİYASƏT

Hasilatda şəffaflıq; prinsiplər, etibarlılıq, hesabatlılıq

"Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək,orada inkişaf olacaq.Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilənmənzərə bunun əksini deyir.Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki,neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bumüsbət dəyişikliyi görsün.”

İlham Əliyev

Hasilat sənayesindəşəffaflığın təmin edilməsi neft-qaz yataqları ilə zəngin olan ölkələr üçünolduqca vacibdir.Dünyanın təbiisərvətlərlə zəngin ölkələrinin təcrübəsinə əsasən deyə bilərik ki, busərvətlərdən səmərəsiz istifadə insanları yoxsulluğa sürükləyir.Tədqiqatlargöstərir ki, zəngin mineral resurslara malik ölkələr arasında yalnız Norveç,ABŞ və Kanada bu resurslardan əldə edilən gəlirlərin istifadəsində effektivliknümayiş etdirə bilib.Bu, həmin ölkələrin oturuşmuş keyfiyyətli institutlaramalik olmaları ilə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveytkimi ölkələr neft ehtiyatlarının adambaşınadüşən həcminin son dərəcə yüksək olması hesabına büdcədən asılı dövlətəçevrilərək idxalçı və istehlakçı dövlətə çevriliblər. Bu ölkələrdə iqtisadiyyatneft sektorundan asılı vəziyyətə düşüb.Əksər ölkələr, o cümlədən Azərbaycan"resursların lənəti” sindromu ilə üzləşməmək üçün mədən hasilatından əldəolunan gəlirlər üzərində şəffaflığı təmin etməyə çalışır.

Mədən sənayeisndən əldə olunan gəlirlərdə şəffaflıqictimaiyyətin məlumatlılığının, proseslərə ictimai nəzarətin təmin edilməsindənasılıdır: Azərbaycan da bu sahədə şəffaflığın təmin edilməsində maraqlıdır.Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilkölkələrdən biridir.Ölkəmiz 2005-ci ildə MHŞT sahəsində ilk hesabatınıaçıqlayıb.2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi.2015-ciildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞThesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub.2017-ci ildəAzərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunandansonra, hökumət ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi.Amma Azərbaycan MHŞTprinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrəKomissiya yaradıldı. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq vəhesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davametdirir.

Prinsiplər

Hasilat sənayesində şəffaflığın və hesabatlılığınartırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan RespublikasıPrezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən ölkəninhasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıdagöstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilir:

1. Təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşlarınrifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinəaiddir;

2. Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətliistifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverənmühüm vasitədir;

3. Dövlət orqanlarının fəaliyyətində, özəl sektorda vəictimai münasibətlərdə şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrı təşviq edilməlidir;

4. Dövlət hasilat sənayesindən əldə olunan gəlirlərinidаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir;

5. Şəffаflığın artırılmasına müvafiq müqavilə vəqаnunlаrа əməl etməklə nail olunmalıdır;

6. Hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəlşirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin vəhesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;

7. Ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsindəfəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;

8. Bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları,hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr,mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа,bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.

Sözügedən Fərmanın 2-ci bəndinə əsasən Azərbaycanınhasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədiləHasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya (bundan sonra – Komissiya)yaradılmışdır.Komissiya öz fəaliyyətini illik Fəaliyyət Planı əsasında həyatakeçirir.Komissiya Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmişhesabatların (bundan sonra - HSŞ hesabatı) müfəssəlliyinin və gəlirlər üzrəictimai məlumatlılığın artırılması məqsədilə HSŞ-nin icra edilməsinin genişləndirilməsinitəşviq edir və ictimai həyatda, dövlət əməliyyatlarında və biznes sahəsindəyüksək şəffaflıq və hesabatlılıq standartlarının həyata keçirilməsini həvəsləndirir.Fərmanaəsasən Komissiyanın cari fəaliyyəti1. İCMAL 3 Hasilat sənayesində şəffaflığın vəhesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında AzərbaycanRespublikası Prezidentinin Fərmanının tam mətni iləhttp://www.president.az/articles/23288 keçidində tanış ola bilərsiniz. HasilatSənayesində Şəffaflıq üzrə Ümumiləşdirilmiş Hesabatın təşkili məqsədiləKomissiyanın Katibliyi funksiyasını Azərbaycan Respublikasının Dövlət NeftFondu həyata keçirir.

Hasilat gəlirlərinin şəffaflığının təmin olunması,şirkətlərin dövlətə ödənişlərinin və dövlətin müvafiq gəlirlərinin açıqlanaraqüzləşdirilməsi üsulu ilə həyata keçirilir. Bu üsul 3 əsas elementdən ibarətdir:

Şəffaflıq:Neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlər dövlətə ödənişləri,dövlət isə qeyd edilən şirkətlərdən daxilolmaları və hasilat sənayesi ilə bağlıdigər aidiyyatı məlumatları açıqlamalıdır. Açıqlanan rəqəmlər audit şirkəti tərəfindənüzləşdirilir və hasilat sənayesi ilə bağlı digər məlumatlarla birlikdə illikHSŞ hesabatlarında dərc olunur.

Hesabatlılıq:Komissiya ölkənin hasilat sənayesində hesabatlılığın artırılmasını təmin edir vəHSŞ hesabatının məlumatlarının yayılmasını, əhalinin hasilat gəlirləri barədəmaarifləndirilməsini və təbliğatını həyata keçirir, eləcə də HSŞ-nin ölkədə həyatakeçirilən daha geniş şəffaflıq səylərinə inteqrasiya edilməsini təşviq edir.

Etibarlılıq:Etibarlılığın təmin edilməsi həm hesabatın keyfiyyətli hazırlanmasına, həm də vətəndaşcəmiyyəti təmsilçilərinin HSŞ prosesində iştirakına əsaslanır. Bu iştirakı təminetmək məqsədilə HSŞ Komissiyası Azərbaycan Respublikası Prezidentinin 5 aprel2017-ci il tarixili 1315 nömrəli "Hasilat sənayesində şəffaflığın vəhesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanındatapşırıldığı kimi hesabatlılığın təşkil olunmasının bütün mərhələlərindəqeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərilə əməkdaşlıq edir.

Komissiya müvafiq elanla prosesdə maraqlı olan vətəndaşcəmiyyəti təmsilçilərini prosesdə iştirak etməyə dəvət etmiş və 42 nəfər vətəndaşcəmiyyəti təmsilçisi öz marağını ifadə edərək müvafiq qeydiyyatdan keçmiş vəillik HSŞ Hesabatının hazırlanmasında iştirak etmişdir. İndiyədək görülmüş işlərvə hesabatlarla daha ətraflı www.eiti.az internet səhifəsində tanış olmaqmümkündür.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu AzərbaycanRespublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 nömrəli "AzərbaycanRespublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” Fərmanına uyğunolaraq, Dövlət Neft Şirkəti (və ya Səlahiyyətli Hökumət Orqanı) və sərmayəçilərarasında imzalanmış neft/qaz yataqlarında kəşfiyyat və qazma işlərininaparılmasına, habelə hasilat bölgüsünə dair sazişlərin həyata keçirilməsi, ocümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft/qaz ehtiyatlarının kəşfiyyatıvə işlənməsinə dair digər sazişlərin həyata keçirilməsindən əldə olunan vəsaitlərinsəmərəli idarə edilməsini təmin etmək məqsədilə yaradılmışdır.

2016-cı il üzrə HSŞ hesabatının tərtib olunması məqsədiləmaraqlı tərəflərin iştrakı ilə HSŞ Komissiyası tərəfindən keçirilmiş "MüstəqilAuditor xidmətinin alınmasına dair Kotirovka Sorğusuna” əsasən Moore StephensAzərbaycan şirkəti qalib elan edilmişdir. Müstəqil Auditorun gördüyü işlər Azərbaycanınhasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişlərivə dövlətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 2016-cı ili əhatəedən hesabatların beynəlxalq mühasibat uçotu standartlarına uyğun üzləşdirilməsivə təhlili, Azərbaycanın hasilat sənayesi üzrə ümumi məlumatların toplanması vəstrukturlaşdırılmasından ibarətdir. 1.3.Məlumatların məxfiliyi Müstəqil Auditor22 iyun 2017–cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu("ARDNF”) ilə imzalanmış 08-22 nömrəli müqaviləyə əsasən məxfilik haqqında müddəayauyğun olaraq işlərin icrasını həyata keçirir. Müstəqil Auditor imzalanmışmüqaviləyə əsasən gördüyü işlərin məxfiliyinin qorunmasını təmin etməli və üzləşdirməprosesi zamanı əldə olunan təsdiqedici sənədləri tərəflərin icazəsi olmadan,heç bir üçüncü tərəfə verməməli və onunla müzakirə etməməlidir.

Moore Stephens Azərbaycan şirkəti tərəfindən HSŞhesabatının hazırlanması aşağıdakı mərhələlərdən ibarət olmuşdur: Məlumatlarıntoplanması: Bu mərhələdə Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərənşirkətlər və müvafiq dövlət qurumları Komissiya tərəfindən təsdiq olunmuşformalara uyğun hesabatlar təqdim edirlər. Hasilat sənayesində idarəetmə tədbirlərivə vergi siyasəti, ilkin araşdırmanın nəticələri, əvvəlki illər üzrə hasilat sənayesindəşəffaflıq üzrə hesabatların nəticələri və tövsiyələri daxil olmaqla müvafiq məlumatlarnəzərdən keçirilir.Ümumi məlumatlar açıq mənbələrdən istifadə edilərəktoplanılır.

İlkin üzləşdirmə, fərqlərin araşdırılması vəümumi məlumatların toplanması: Bu mərhələdə Müstəqil Auditorun məqsəditəqdim olunan hesabatların üzləşdirilərək fərqlərin aşkar olunması və yaranan fərqlərinaraşdırılaraq lazımi düzəlişlərin edilməsidir. Üzləşdirmə prosesi zamanıyaranan fərqlərin izahını əldə etmək məqsədilə Müstəqil Auditor müvafiq şirkətvə dövlət qurumları ilə əlaqə saxlayıb bu uyğunsuzluqların səbəbini müəyyənləşdirməküçün təsdiqedici sənədlər tələb edir.Hasilat Sənayesində Şəffaflıq üzrə ÜmumiləŞdirilmiŞHesabat 2016 19 Eyni zamanda ümumi məlumatların mühüm hissəsinin toplanması vəstrukturlaşdırılması təşkil olunur.Həmin ümumi məlumatlar dövlət orqanları vəşirkətlərin rəsmi internet səhifələrinə, açıq mənbələrə və rəsmi məktublaraistinad edilərək hesabata daxil edilir.

Layihə HSŞ hesabatınıntərtib edilməsi: Bu mərhələdə aşağıda qeyd olunanbütün məlumatlar hesabatda əks olunur:Müstəqil Auditorun hesabatı; Üzləşdirməüsulunun təsviri; Üzləşdirmə və xüsusiyoxlama prosedurları;

Ümumi məlumatların açıqlanması. Yekun HSŞ hesabatınıntəqdim edilməsi: Bu mərhələdə HSŞ hesabatı bütün maraqlı tərəflərə təqdimedilir, Komissiya tərəfindən hesabata dair verilmiş göstərişlər yerinəyetirilir, gələcəkdə HSŞ hesabatlarının keyfiyyətinin artırılması məqsədilənövbəti hesabatlılıqlar üçün tövsiyələr, HSŞ hesabatı ilə birlikdə dərc ediləbilən və hesabatda əks olunmuş bütün cədvəllərin daxil olduğu elektron məlumatfaylları hazırlanır və HSŞ Komissiyasının Katibliyinə ("Katiblik”) təqdimedilir. Müstəqil Auditor hesabatlılıq dövrünün sonunda əldə edilmiş nəticələrəhəsr olunmuş ictimai məlumatlandırma tədbirlərində iştirak edir.

Nərgiz Cavadzadə

Tədqiqat "Jurnalist Təşəbbüslərinin Təşviqi”İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəçərçivəsində hazırlanıb