adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Dekabr 2017 12:21
21445
MƏMLƏKƏT

Harınlamış aparatlar, qırxdan çox sərnişin... – Avtobusdan REPORTAJ

Adı mədəniyyətdirmi, etikadırmı, əxlaqdırmı,hər nədirsə, bu şeylər hər adama qismət olmur. Avtobus dayanacağında bir xeyliadam gediş üçün kartına pul yükləməyə tələsir. Və bir xanım, əzilə-büzülə bu qədərinsanı gözlətməkdən zövq alır. Kartı aparata yaxınlaşdırır. Balans 60 qəpik. Bubəs edir ki, ən azı üç avtobusa minsin. Yox əşşi. Buna bəs eləmir. Cüzdanındanfors ilə iri manatlıqların içindən 1 manat tapır, sonra fərasətsizcəsinə manatıaparatın məlum yerinə salmaq üçün əlləşir, bir xeyli vuruşur. Aha, tutuzdurdu.Elliklə gözləyirik. Bunun hirsi soyumur. Deyir, qoy bir manat da əlavə edim.Yenə eyni hərəkətlərlə manatı daxil edir. Sonra aparata zillənir. Aha, deyəsən,monitorda yaşıl rəngli "irəli" düyməsinə toxunmağı kəşf edir. Xülasə,bu müddətdə növbədə iki gənc bir-birinə evlilik təklif edir, birinin ödündəkidaş sidik kanalına düşür, bir ateist imana gəlir, bir dindar dönür kafir olur.Cyu-cyu-cııııırrrr. Çek aparatdan çıxır. Xalq sevinir.


Harınlamış aparatalar

İndi belə rahat-rahat danışmağıma baxma, o aparatın önündə belə olmur. Bəzənbir neçə avtobus ötürürsən, bəzən arxasınca qaçırsan, saxlamır. Son vaxtlar isəbizim bu alicənab aparatlar da harınlayıb. Qardaş, iyirmi qəpik atırsan,götürmür. Eynilə pişikləşməyə başlayıb bu aparatlar. İt yemək yediyi yerə,adama sadiq olur. Amma pişiklər yox. Buna görə də əksərən kartın, pulun ola-olaavtobusa boynubükük minirsən ki, Allah rizası üçün, alın bu iyirmi qəpiyi, mənidə keçirin. Elə olur, ki, keçə də bilmirsən. Bəxtim gətirib ki, mən hələ keçmişdövrün avtobuslarından birinə minirəm, karta ehtiyac yoxdur. Üstü-başı toz,palçıq, içində düşmək ümidindən bərk-bərk yapışan adamlar. Gəlişi ilə adamıhürküdən bu avtobusun qapıları açılır. "Fıssss". Tövşəmiş, yorulmuşadam kimi nəfəsini dərir. Elə hər şey də bundan sonra başlayır. Elə bilərsənki, bu qapılardan çox məhşur ulduzlar aşağı enir, jurnalistlər, fanat ordusu isəonları qucaqlamaq üçün dəridən, qabıqdan çıxır. Amma mənimki hər şeydə bir təsəlliaxtarmaqdan başqa bir şey deyil.

Arxadan, sağdan, soldan gələn təzyiqlə avtobusa çıxıram. "Arxa qapı,tələsin, tələsin, sıxlaşın, keçin arxaya, yer doludu". Ümumiyyətlə,sürücülər üçün avtobusda hər vaxt yer var. Avtobusa minə bilməyimin sevincindəndir,ya nədənsə ayaqlarım yerdən üzülüb. Həqiqətən deyirəm, tərpənişim ayaqlarımınyox, basabasın hesabına reallaşır. Bir də sallandığım tutacağın. Sürücüdən əlavəiki nəfər azyaşlı uşaq var. Ki, onlar sərnişinlərin üstünə qışqırmağı, tələsdirməyiustalıqla öyrəniblər. Bir növ, kütləyəliderlik edirlər.

"Azadlıq metrosunda düşən var? Baxın ha,sonra saxlamayacam" deyə sürücü dillənir.


Necə adamlarsınız siz?

Uşaqlardanbiri təkrarlayır. "Baxın ha, varsa, deyin, gecikirik". Qapıya pərçimlənmişadamdan əzab səslərini eşidirəm. Qapı açılana kimi bəlkə də hansısa əzələsi əzilib.Ciddi sözümdür. Ona görə də işdən evə qayıdanda adam əzgin, yorğun olur.Arxadan iki nəfərin düşməsi üçün on nəfər avtobusdan aşağı enir. Tutacaqdanmöhkəm-möhkəm yapışmışam. Bu yeri asan qazanmamışam ha. Düşən düşür, minənminir. Elə təzəcə tərpənmişdik ki, bir qadın başladı qışqırmağa:

- A kişi, dayan, dayan da, düşürəm axı.

Sürücü:- Ay xanım, elə indicə saxlamışdım da, niyə düşmürdün? Necə adamlarsınız siz?Saxlaya bilmərəm, icazə yoxdur.

-Dedim, saxla, ay kişi.

-Əlli manat cərimədir, sənə görə cərimələnim?

- Mən necə edim? Gərək bu boyda yolu piyada qayıdam.


Mədəniyyətin olsun…

Bu söz savaşı növbəti dayanacaqda bitir, xanım düşür. Yerimiz az da olsa genişlənir.Tutacaqdan əlimi üzüb oturacağın başındakı dəmirdən yapışanda içimə od düşdü.Çox kədərlidir, həyatın özü kimi. Az öncə kiminsə əlinin istisi qalıb bu dəmirdə.Əlləri qan azlığından buz olan adamam, bu isti necə də xoşdur. Pəəh! Bu şairanəhaldan məni sıxışdıran bir qadın oyadır. - Bala, icazə ver, keçim də. Mədəniyyətinolsun. Bilmədim ki, bu sıxlıqda çəlimsiz mən haqlıyam, yoxsa şişmanlığını görməyəçətinlik çəkən bu qadın? Susuram... Lap şair Salam Sarvan kimi. "Dünyada nəqədər yerim vardısa, durdum hamısından əyləşin, xanım". Qəfil hamımızbir-birimizin üstünə aşmamaq üçün özümüzü sıxmağa başladıq. Əslində öyrəşmişik,həm də pis deyil. Və hətta o şişman xala avtobusa, metroya minəndə oturmağaçalışmasa, ayaq üstdə dayansa bəlkə də az da olsa arıqlayar. Ramiz Rövşəninhavası əsir. "Təkcə gücsüzlüyündən yox, arabir gücündən yıxılıradam". Amma bizi yıxmaq istəyən sürücülərin naşılığıdır. Önündəki maşınıgörə-görə, dayanacağı bilə-bilə sürəti aşağı salıb əyləci basmaq əvəzinə bunlardayanacağa çatan kimi əyləcin üstünə otururlar.


Kül onun kişi başına!

Şükür,nə yaxşı ki, yıxılmadım. Səbrsizlənirəm. Önümdəki sarımsaq qoxan kişidən, mənə tərs-tərsbaxan şişman xaladan, üstümüzə çımxıran azyaşlı pul yığan uşaqdan qaçmaq üçün. Nəhayətki, oturmağa fürsət tapdım. Özü də düz pəncərənin yanı. Yorğun-yorğun başımışüşəyə söykədim. Filmlərdə də belə olur. Başını avtobusun şüşəsinə söykəyənadamın gözləri yol çəkir, kədərli musiqinin sədaları altında. Dedim, cəhd edim,bəlkə alındı. Yox, təəssüf ki, alınmadı. Avtobusun şüşələri elə də möhkəmdeyil, yerinə kip oturmayıb, biraz da yolun kələ-kötürlüyü. Bütün bunlar başımışüşəyə döyür. Başımı saxlaya bilmirəm. Nə bilim, bəlkə də şüşəni saxlaya bilmirəm.Hər nə isə. Romantika vaxtı deyilmiş.

- Ayqız, mən ona dedim ki, kredit götürmə. Gedib, qızıllarımı lombarda qoyub, indidə ödəyə bilmir. Kül onun kişi başına!

Hə... Qışqıra-qışqıra danışan bu qadından daqaçmaq üçün tələsirəm.

"Axırıncıdayanacaqdı, düşənlər qabağa gəlsin".

Heçkimə güvən qalmayıb. Sürücülər qorxur ki, kimsə pulu verməz, qaçar. Ona görə dəhamımız bir əsgər kimi bu savaşın sonunda bir-bir komandirimizin baxışındankeçib düşməliyik bu avtobusdan. Düşməyimə iki-üç adam qalmış, həngamə qopdu.

- A kişi, sən nətəri adamsan, mən əlli manatınecə xırdalayım? Avtobusa minirsən, xırda pul götür də.

Kimdirsə,20 qəpik gediş haqqını əlli manatdan çıxdırmaq istəyir.

-Yoxumdu da, ala, nə qışqırırsan? Bu boyda avtobus sürürsən, əlli manata xırdanyoxdu?

-Avtobusa əlli manat verirsən ki, al, iyirmi qəpiyi çıx, belə pullusan taksiyləget də.

Qızğındeyişmə gedir. Amma sürücü çox arxayın danışır. Budur! Sürücü cibindəki pullarıçıxarıb əlli manatı xırdalayır.

-Al, bu da sənin 49 manat 80 qəpiyin!

Sonrabizə baxır:

-Qardaş, bilmirəm bu gicdir, ya dəlidir, ya da iyirmi qəpiyi özünə qənimətbilir, hər nədisə, uje neçənci dəfədi ki, belə eləyir. Boğaza yığılmışdım. Bu dəfəcavabını nəyi var verdim. Kişinin oğlu mənə iyirmi qəpik atmaq istəyir.


Son

Sonuncuadam idim. Arxama çevrildim. Döşəmədə nə qədər ayaq izi var. Bəlkə də hələavtobusun tutacaqları soyumayıb. Bəlkə də o şişman xalanın oturduğu yer də hələistdir. Nə bilim. Bəlkə də mən çox şişirtdim. Hər gün ömrümüzü bu avtobuslarda,bu adamlarla daşımırıqmı, sürümürükmü?! Əsas odur ki, sağ-salamat gəlib çatdım.Buludlar bizi alqışlamağa başladı - yağış...