HAMAS bu tarixdə tərksilah ediləcək
HAMAS hərəkatının tərksilah edilməsi prosesinə mart ayında başlanılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Kan “Sülh Şurası”ndakı iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, HAMAS-ın tərksilah edilməsi Qəzzada yeni texnokratik hökumət vəzifəyə başladıqdan və hərəkatın əvvəllər malik olduğu səlahiyyətləri öz üzərinə götürdükdən sonra başlayacaq.
Telekanalın məlumatına görə, Qəzzanın ilk silahsızlaşdırılacaq ərazisi Fələstinin cənubunda yerləşən Rəfah bölgəsi olacaq.
Qeyd edək ki, “Sülh Şurası”na üzv dövlətlərin liderlərinin ilk görüşünün 19 fevralda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

