Hakim Maşallah Əhmədova xəbərdarlıq edib
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Adalet.az-ın məlumatına görə, prosesdə M.Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə düşüb və M.Əhmədov Y.Əzizovu yalan danışmaqda ittiham edib. Hakim M.Əhmədova rəsmi xəbərdarlıq edərək bildirib ki, bir daha qaydalara əməl etməsə, iclas onun iştirakı olmadan aparılacaq.
Proses aprelin 18-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. "Neftçi”nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Digər Xəbərlər
29 Aprel 2024 17:26
Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43ABŞ səfiri Qırmızı Qəsəbə kəndində olub
29 Aprel 2024 16:26Havanın temperaturu iqlim normasından yüksəkdir
29 Aprel 2024 15:45Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb
29 Aprel 2024 15:20