adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Aprel 2019 18:47
20521
ƏDƏBİYYAT

Hakim etikası - ƏLİSƏFA AZAYEV yazır

Məhkəmədə iş təzəcəbaşlamışdı. Dəftərxana müdiri Nurbacı xanım makinaçı qıza dedi:

- Qadası, birçay dəmlə içək.

- Bu dəqiqə, deyəgüllü donlu qız əmrə müntəzir halda gülümsəyərək, işinə ara verib yerindənqalxdı. Bu o demək idi ki, işə indi gəlmişik, çayı evdə içə bilmirdin?

Bu hərəkətdə əslindədəftərxana müdirinin də gizli məqsədləri vardı. Hakim gələr-gəlməz yaxşı birçay dəəmlətmək, onun yanına keçmək, lazımi sözünü demək qadında adət idi. Bu dahörmət-izzət qazanmaq üçün göstərilən xidmətin, qayğıkeşliyin bir növü kimi onaxoş gəlirdi. Ancaq hakim bir azdan işə gələndə, qapı açıq olsa da, özünü görməməzliyəqoyub keçdi, onlarla heç salamlaşmadı. Nurbacı xanım pıçıldadı:

- Allah xeyir eləsin...Bu yenə niyə belə... Bəlkə də evdə mübahisə eləyib gəlib? Yoxsa, salam verdi,biz eşitmədik...

- Nə deyim...

Elə bu vaxt dəhliz

də başqa birayaq səsi eşidildi. Zənən xeylağının gəlişinə oxşayırdı. Bunu ayaqqabı səslərinınritmik ahəngindən, hökmündən də bilmək olurdu. Dəftərxana müdiri gileyləndi:

- Görən hansıharınlamışdı bu? Yerişindən bilinir ki, ötkəmdir... Şikayətə gəlib... Bəlkə dəelə boşanmaq üçün...

Ancaq otağabaşqa məqsədlə gəlmiş gənc bir qadın yaxınlaşdı. Bu şəhərdə, redaksiyalarınbirində çalışan işgüzar, fəal xanım Səadət idi. Gülümsər halda dilləndi:

- Sabahınızxeyir. Deyəsən elə birinci gələn mənəm. Hakim yerindədirmi?

- Sabahınızxeyir. Hə... Elə indicə gəlib. Əyləşin... Bu dəqiqə məlumatlandırıram. Telefonla danışır.

Həqiqətəndə, hakim otağa girən kimi kimləsə telefonla danışmaqda, söyüb-söylənməkdə idi:

-Ə, o əclafa deyə bilməzsiniz ki, belə olmaz?! Bu kimi hərəkətləri ancaq özünəziyandı! Bu alcaqlara xətir-hörmətyoxdur da! İmkan düşən kimi bıcağı arxadan saplayırlar! Yaxşı, o olsun, mən dəmən!..

Belə sözlərhakimə yaraşmasa da, o həə də baş alıb getməkdə, müsahibi ilə odlu-alovludanışmaqda idi. Jurnalist xanım hələ də onun üçün süzülən pürrəngi çayı içməmişdi.Hakim üçün süzülən çayı dəftərxana müdürü əlinə alıb gedəndə, arxası ilə yerindənqalxdı. Makinaçı qız narahatçılıq içində dilləndi:

- Bəlkə bir az səbrliolasınız.

- Tələsirəm,işim var.

- Qoyun desin də.

-Qəbula düşmək belə çətindir?

-Telefonla danışır.

-Qurtardı da. Səs gəlmir.

Dəftərxanamüdiri hakimin otağına girəndə bildirdi:

-Sudya, bir jurnalist bacı... xanım gəlib. Yanınıza gəlmək istəyir.

Hakimonsuz da dilxor idi. Qadının bu sözlərindən lap haldan çıxdı:

-Nə məqsədlə?! Qoymurlar da səhərin gözü açılsın!.. Jurnalist, de yığıcı gəlib də...

-Vallah, bir söz demədi...

-Soruşaram da...

Çoxtəssüf ki, Səadət xanım hakimin bu incik halda dediyi sözləri eşitmişdi. Qapı da açıq idi. Özünü saxlaya bilməyibdilləndi:

-Cənab hakim, sözlərinizə fikir verin. Hakim etikası budurmu?! Biz yığıclıyıqsa,siz də yıxıcısınız!.. Bir sənədlərə baxın... Gör, sizin haqqınızda nələryazırlar...

Hakimbelə qalmaqallar çox gördüyü üçün qımıldanmadı. Ancaq söhbətin bu şəkil almasıheç də yaxşı deyildi. Xüsusilə, belə jurnalist xanımla. Gülümsər halda dəftərxanamüdirinə dedi:

-Yaxşı, sən get...

Sonraisə Səadət xanıma üz tutdu:

-Sən isə içəri gəl, bacı. Görək nə dərdin var...

Xanımkönülsüz halda içəri keçdi, göstərilən yerdə əyləşdi. Hiss olunurdu ki, hələ dəqəzəblidi, hirsi soyumamışdı:

-Siz hakimsinizsə, biz də dördüncü hakimiyyətin nümayəndəsi- jurnalistik...

-Bilirəm, bilirəm...

-Bilsəydiniz, belə deməzdiniz. Söz deyəndə də, bilin kimə deyirsiniz də...

Hakiməlini cibinə salıb bir onluğu stolun üstünə atdı:

-Götürün... Bu da sizin qismətiniz imiş.

Səadətxanım hakimin bu yersiz hərəkətinə pərt halda nəzər salmadan dilləndi.

-Mən pul üçün yox, iş üçün gəlmişəm...

Onunbu sözlərindən hakim duruxdu, yersiz hərəkətindən xəcalətli halda, bir onluq daəlavə etmək istəsə də, əlinə iyirmi manatlıq gəldi. Onu da pulun üstə qoydu:

-Bilirəm şəhərdən... Maşınla gəlmisiniz... Xərciniz çıxıb...

-Xüsusi maşınla gəlmək məndə adət deyil. İctimai nəqliyyatdan istifadə edirəm.

-Çox yaxşı. Onlar pulsuz gətirir bəyəm?

Gəncqadın onun sözlərini eşitməyibmiş kimi, gəlişinin əsl məqsədini dedi:

- O uşaqlıananın... Ayrılması... İndi də uşağı ondan almaq istəməyiniz...

- Hə...İcratımda belə bir iş var...

Hakim qalmaqallıbir işə indi də jurnalist xanımın burun soxmasından pərt, incik halda qımışdı:

- Yaxşı, alınbunu.

Əlli manatıstolun üstə qoyanda, o birilərini götürməsinə jurnalist xanım acı-acı gülümsədi:

- Bir hakimdənçox lap əsl baqqal dükanının sahibinə oxşadınız... Dedim ki, mən pul üçün gəlməmişəmdə.

Müxbir xanımınbu sözləri hakimə şillə tək toxunsa da, vəziyyəti gərginləşdirmək istəmədi.İndi də əlliliyi yüzlüklə, sonra da dollarla əvəz elədi.

- Vallah, sizlap uşaq tək hərəkət edirsiniz.

Hakim əlacsızqalıb dedi:

- Pulları götürməsənizbaşqa əlacım yoxdur... Durub qapını bağlayacağam...

Jurnalistxanımın yanaqları allanmış, pörtmüş halda dilləndi:

- Siz hakimlərdən...Əlbəttə, hamısından yox... Nə desən görmək olar. Az-çox sizlərə bələdəm.

- Gözəlsiz...

- Belə xoş sözlərixanımınıza demək daha məsləhətlidir. Dedim axı, mən bura iş üçün gəlmişəm. Sözlərinizlədesək, yığıcılıq üçün yox... Axtarsanız bizlərin arasında olduğu kimi, elə sizlərinarasında da yolunu azanlar, peşə etikasına əməl etməyən nadürüstlər var. Hamıyabir gözlə baxmaq olmaz. Sizə etimad göstərilib. Hər şeydən əvvəl də şərəflihakim adını daşıyırsınız. Bura gələn hər bir vətəndaşı layiqincə qəbul etməksizin vəzifə borcunuz olmalıdır. Xüsusilə, qızları, qadınları...

Hakim hirsindənlap barıt çəlləyinə dönmüşdü. Qəzəblə dedi:

- Həə... O...Hüquqlarını müdafiə etmək istədiyiniz o forslu xanım... Bilirsiniz də nəoyunlardan çıxıb? Birisi ilə yol yoldaşı olub, açıq havada göbələk, böyürtkənyığıblar... Xəlvət yer ola... Ailəli adam... Yaraşmır axı...

Səadət xanımonun bu sözlərinə dözməyib, o da püskürdü:

- Bir dayanın...Siz hakim adı daşıyırsınız... Hansı göstərici ilə sizi bura təyin ediblər?!Sözünüzdən belə çıxır ki, sizinlə bağlı qapı arxasında qalan hər bir xanım əxlaqsızlıqedir?! Elə biri mən... Yox, belə yanaşma qətiyyən düzgün deyil! Ona görə də gəncqadından on yaşı tamam olmamış oğlunu, qızını əlindən alır, yalançı şahidlərinifadələri ilə onu əxlaqsız hesab etmək istəyirsiniz?!

- Bəli...

- Yox... Bunubacarmayacaqsınız... Mən sizə qətiyyətlər deyirəm... Sizin belə bir qərarınızolsa da, onu heç bir yuxarı məhkəmə təsdiq etməyəcək. Yaxşı olar ki, indidənbelə bir səhv addımı atmayasınız.

- Mən hakiməm...Nə qərar verəcəyimi özüm bilirəm.

- Mən dəjurnalistəm. Bütün müşahidələrimlə hiss edirəm ki, o gənc xanım təmiz, pak,prinsipialdır. Beləsinə dayaq olmaq Allaha da xoş gedər.

Hakim bir dahaonun sözlərindən incik, pərt halda mızıldandı:

- Yaxşı, mənim əlimdəişim var, vaxtım yoxdur. Məhkəmə iclası var... Tərəflər gözləyirlər...

- Mən həmin işlətanış olmaq istəyirəm. Əlimdə rəsmi sənədim də var.

- Yaxşı, bu barədətapşırıq verərəm.

Bəli, onun əlindənatariat qaydasında təsdiq olunmuş etibarnamə də vardı. Məhkəmənin iclas katibionu işlə tanış edəndə pıcıldadı:

- Allah köməkolsun sizə, o qədər pulu götürmədiniz.

- Onun sədəqəsinəqalmamışam.

- Sizə lazımdeyil, bizə verəydiniz də...

Səadət xanımonun sözlərinə gülümsədi:

- Nə bilim... Bəssizə hörmət eləmir?

-Ondan pul çıxar? Xəsisin biridir.

-Bu çox pis.

Jurnalistxanımın işlə tanış olması xeyli çəkdi. Yazıların çoxunu oxuya bilmirdi. Xüsusiləşahid ifadələrini. İclas protokolu onu xüsusilə heyrətləndirdi.

-Bunu siz yazmısınız?

-Bəli...

-Hakimin familiyası belədir?

Məhkəməkatibi tez əl-ayağa düşdü.

-Bağışlayın, nə yaxşı gördünüz. Hakim oxusaydı atamı yandırardı. Familiyalarınyerini dəyişik yazmışam.

-Bəlkə də elə onun yerinə layiq sənsən. Hüquq təhsilin var?

-Yox... Yarımcıq qaldı... Bir ləzgi qızına urcah oldum... Yollarda qaldım. Günümelə boş vaxtlarda Dərbənddə keçərdi.

-Çox təəssüf...

-Belədi də... Bir tərəfdən qazananda, bir tərəfdən itirirsən.

Məhkəməiclası xeyli çəksə də, tərəflər gileyli, hakimin qarasına danışa-danışa getməkdəidilər:

-Ə, nə məhkəmə, elə bunu öz aramızda həll etsəydik yaxşı idi.

-Pulunun dəlisisən də.

-Torpaq məsələsi... Bu reyster də bizə bəla oldu da.

-Elə deyir ver... Görmüşdük ki, pulu bir tərəfdən alarlar. Bunlar hər iki tərəfdəhərifləyirlər...

... Nahar vaxtıkeçsə də, hakim yerinə gəlmək bilmirdi. Hər dəfə soruşanda da dəftərxana müdirideyinirdi ki, hakimin işi var, harasa gedib.

- Bəlkə şəhərəgedib?

- Nə deyimvallah.

-Bir yerə gedəndə sizə demir?

- Hakim adamdı.Durub ona nəyisə öyrətməyəcəyik ki...

Artıq saat üçidi. Bir neçə şikayətçi də məhkəmənin həyətindəki bağda gəzinməkdə, çinarlıqdakölgələnməkdə idi. Gileyli səslər eşidilirdi:

- Bu da müstəqillik.

- Heyf deyildiSovet dönəmi.

- İş vaxtı-vədəsində,dəqiq əməl olunurdu. İnsana dərin hörmət vardı.

Jurnalist xanımxəcalətli halda məhkəmənin binasının kəllə tərəfinə keçəndə, pəncərədənboylanıb içəri nəzər salanda, lap diksinən kimi oldu. Pıcıldadı:

- Bissimillah...Bu o deyil?..

Həqiqətən də, içəridəayaqlarını ayaqqabılı halda kresloda oturduğu vəziyyətdə döş stolunun üstəuzadıb, xoruldaya-xoruldaya şirin yuxu bişirən hakim idi. Şirin, doyunca naharyeməyindən sonu onu bərk yuxu tutmuşdu. Jurnalist xanım eləməyib tənbəllik onunelə pəncərədən də telefonla şəklini çəkəsi oldu:

- Yaxşı...Yığıcı... Yox, yıxıcı... İndi gör sənin başına nə oyun açıram... Otaqda gizlənmişəclaf... Şərəfli hakim adı sənə yaraşmır...

O cəld əsasqapıya tərəf gedəndə nəzarətçi polisin səsini eşitdi:

-Dedik ki, hakim burada yoxdu da...

-Gəzdirdiyin paqonlara hörmət elə.

Dəftərxanamüdiri:

-Düz deyir də.

-Sən də heç olmasa, bircəklərindən utan...

Bayaqdanayaq üstə hakimi gözləməkdən, yayın istisində yorulub təngə gələn jurnalsitxanım hiddətlə hakimin otağının qapısını döyməyə başladı:

-Cəlil Şərifli!

-...

-Sizinlə deyiləm!!

-...

- Acın qapını!!!

Hakimbu səsə, çığır-bağırtıya diksinmiş halda yerindən qalxdı. Gileyli, dilxor haldaqapını açdı:

-Hə!.. Nə olub?! Pojardı!..

-Bəli... Ermənilər gəlir...

-Nə?!

-Belə getsə gələcəklər!..

-Yaxşı-yaxşı!.. Səninlə qurtarmadıq?!

Sədaqətxanım hiss elədi ki, hakim onu dinləmək istəmir. Təkidlə içəri keçsə də, söhbətlərialınmadı. Dedi:

-Yaxşı, elə isə mən gedirəm... Ancaq çox xahiş edirəm ki, işə baxanda hüquqdüşüncənizi işə salın. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirdikdənsonra qərar verin... Fərqi yoxdur... İstər qətnamə, istərsə də hökm olsun... Eləqərardadının da arxasınca axıradək gedəcəyəm. Onda biləcəksiniz ki, mən yığıcıyox, qurucu jurnalistlərdənəm...

-...

-Ancaq bir də nə qədər əlinizdə imkanınız var, yıxıcı yox, dövlətçiliyə bağlıolan hakimlərdən olun. Sizə etimad göstərilib... Hakim şərəfini uca tutun!..

Səadətxanım hirsli, qəzəbli halda o gün hakimdən uzaqlaşsa da, bir azdan yenə də həminadam oldu. Sakit, həlim... Heç çəkdiyi şəkli də bir kimsəyə göstərmək fikrindədeyildi. Hər adamın səhvi ola bilər. Di gəl ki, hakimin həmin gənc qadınhaqqında çıxartdığı qətnaməni, xüsusi qərardadı oxuyanda yer-göy başənafırlandı:

-Əclaf!.. Naqisliyindən əl çəkmədi... Yaxşı, indi sən görərsən. Ləyaqətsiz oyox, sənsən ki, belə hərəkət etdin... Sənə verilən əskinaslar öz işini gördü...

Həminhadisədən bir müddət sonra qəzetdə yazı dərc olundu: "Hakim etikası".Hakimin kreslosunda ayaqlarını ayaqqabılı halda döş stolunun üstünə qoyubyatması şəkli ilə... Hakim həmin yazını oxuyub, şəklə baxanda necə qəzəbləndiyinikaş ki, şahidi olaydınız. Məhkəmə işçilərini əsl mənada ittiham edirdi:

-Hamınızı it tək buradan qovacağam!.. Satqınlar!.. Sayıqlığınızı itirmisiniz!..

Polisnəfəri kövrəlmiş halda deyirdi:

-Vallah, onun oradan baxdığını görməmişəm...

Dəftərxanamüdiri:

-O xanım bəla idi də...

Makinaçıqız:

-Neçə ustalıqla çəkib ey...

Məhkəməniniclas katibi:

-Bayovoy gəlin idi. Halaldı ona...

Eləhəmin gün Məhkəmə Hüquq Şurasından zəng çalındı. Hakim soruşdu:

-Necə-necə?!. Hakim şərəfi?..

- ...

- ... Məsluliyyəti?..

- Şəkilsaxtadı... İndi belə şeyləri düzəltməyə nə var...

-Müavin deyir ki, mənlik deyil. Şəxsən nazirin nəzarətindədi! Ekspertiza təyinolunacaq...

Busözləri eşitcək hakimin ürəyi tutdu... Vəziyyətiağır idi...