Hakan Fidan və Blinken gündəmi müzakirə etdilər
ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, tərəflər telefon danışığında Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər.
"Xarici işlər naziri Hakan Fidan dekabrın 1-də ABŞ dövlət katibi Blinkenlə telefon danışığı aparıb.
Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hadisələrin inkişafının əleyhinə olduğunu və bu kontekstdə mövqeyini müdafiə etdiyini bildirib. Gərginliyin azaldılması, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin tamamlanmasının lazım olduğunu söyləyib”, - Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Həmçinin əlavə edilib ki, “söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə edilib”.
Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olması üçün verdiyi vədlərə əməl etməlidir. O, Qəzzada ən qısa zamanda atəşkəsin yaradılmasının və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini bildirib.
Digər Xəbərlər
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04


Bakı -°C

