adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Mart 2019 19:12
16542
MARAQLI

Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.

"Yeni Sabah" xəbər verir ki, partiya sədri maddi durumundan şikayətlənib:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".

H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib.H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib.