Hadı Rəcəbli Feysbukdan ittihamlara cavab verdi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Ağ şəhər"də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Adalet.az xəbər verir ki, deputat Hadi Rəcəbli Facebook səhifəsində yazıb ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub.
"2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar-başlamaz yeni bir qarayaxmanın şahidi olduq. Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əmin-amanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları, sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar.
Və bu baş tutmadığı halda niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. İndi də fantaziya ona çatıb ki, guya Hadi Rəcəbliyə mənzil veriblər. Özü də Oqtay Əsədovla qonşuluqda.
Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, facebook səhifələrində yayılıb. Hətta etikadan kənar şərhlərlə müşayiət olunub".
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09