Hacıqabulda quldurluq edən Ucar sakinləri saxlanıldı
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluq edən Ucar rayon sakinləri Cəbrayıl Orucov, Aras Umarov, Sadiq Əsgərov və bir nəfər yeniyetmə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxslərin zərərçəkənə qarşı zor tətbiq edərək üzərində olan 690 manatı ələ keçirdikləri müəyyəb edilib.
Faktla bağlı cinayət işi başlanıb, C.Orucov, A.Umarov və S.Əsgərov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58


Bakı -°C

