Hacıqabulda qoyun oğrusu saxlanıldı
Hacıqabulda qoyun oğrusu saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Adalet.az-averilən məlumata görə, oktyabrın 14-də Hacıqabul rayon sakini Rafail Rzayev RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evin bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Dindirilmə zamanı V.Qasımov törətdiyi cinayət əməlini etiraf edib.
Oğurladığı qoyunlar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 13:58
Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43