adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Aprel 2020 21:11
27456
KRİMİNAL

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Hacıqabul şəhəri ərazisində avtomobildən pul və qızıl qolbaq oğurlamaqda şübhəli bilinən E.Zərbəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində "Mercedes” markalı avtomobildən 250 manat pul və qızıl qolbaq oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Zərbəliyev saxlanılıb.