adalet.az header logo
  • Bakı -°C
07 Aprel 2019 11:07
6112
HADİSƏ
A- A+

Hacıqabulda ağır qəza: 2 nəfər yaralanıb

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

Adalet.az -ın məlumatına görə, "VAZ 2106" markalı avtomobilin dəmir səddə çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar sürücü, 1998-ci il təvəllüdlü Həsənov Elşən Gülağa oğlu və sərnişin, 1979-cu il təvəllüdlü İbrahimli Qadir Şahbaz oğludur. Onların hər ikisi Hacıqabul sakinidir.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.