01 May 2019 09:00
9484
GÜNDƏM

HACIBALA MÜƏLLİM ATILAN BÖHTANLARA CAVAB VERDİ

Keçən həftə bəzi kütləvi inormasiyavasitələrində (xeberman.com, dia.az, və s.)mənim haqqımda müxtəlif informasiyalar yayılmışdır. Yayılaninformasiyaların hamısı yalan və iftiralardan ibarətdir. Atalar belə haldagözəl deyiblər:"Yalan ayaq tutar, yeriməz”.

Bildirirəm ki, haqqımda veriləninformasiyalarla dərc olunmuş sənədlər bir-birini tamamilə təkzib edirlər. Buinformasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirlibilinərək Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunmuşVidadi Əliyevdir (bunu telefon danışığında xeberman.com saytının rəhbəri PoladAslanov son anda etiraf etmişdir).

Bu, onun sənədləri saxtalaşdırma yolu iləmənimsəmə və qanunsuz olaraq tikdiyi obyektlər haqqında məlumatlar aidiyyatıdövlət orqanlarına məlum olduqdan sonra öz gördüyü işləri ört-basdır etməyəçalışması və ona nail olmadıqda əvvəllər - məhkum olunduğu vaxtda - istifadəetdiyi böhtan dolu bir şantajdır. Mənimsəmə, sənəd saxtalaşdırılması barədəməlumatlar və onu dərc etmiş saytların rəhbərliyi haqqında məlumatlarlar rəsmişəkildə AzərbaycanRespublikasının Baş Prokurorluğuna, Bakı Şəhərİcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir.

Özəlləşdirmə ilə əlaqədarverilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, ƏmlakMəsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmirvə özəlləşdirə də bilməz.

Azərbaycan tarixində ilk və son olaraqÜmummilli Lider, Prezident Heydər Əliyevimizin imzaladığı Fərmanlarla (bütünməmurlar vəzifələrə yalnız Sərəncamla təyin olunublar və olunurlar) müxtəlifvəzifələrə təyin olunmuş, Yeni Azərbaycan Partiyasının iki nömrəli biletinin sahibi (bir nömrəli biletin sahibiUlu öndərdir), bu gün isə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevimiz tərəfindən böyük etimadgöstərilərək daha yüksək vəzifəyə təyin edilmiş, bu günə qədər mənəviyyatınıqoruya bilən və Ulu öndər Heydər Əliyevimizin yanına getməyə tələsənHacıbala Abutalıbov isə bundan sonra mənəviyyatını 100 qat qorumalıdır vəqorumağa çalışacaq.

Zəhərli ilanın nə qədərgünahı varsa, ona zəhər verən koramalın günahı ondan da çox böyükdür.

Hacıbala ABUTALIBOV

Fizika-riyaziyyat elmləri doktoru, professor,

Baş Nazirin müavini