“Türkiyə və Azərbaycanın gələcəkdə tamhüquqlu üzvlər olmasıyla...”
“1952-ci ildən NATO üzvü olan, 1987-ci ildənsə Avropa İttifaqına üzvlük üçün rəsmi ərizəylə müraciət edən Türkiyənin Çin-Rusiya-İran üçlüsünün yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağa can atması artıq rəsmi
Ankaranın Qərb bloklarında perspektiv görmədiyinin növbəti dəlilidir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Politoloq bildirib ki, Ərdoğan addım-addım Türkiyəni Qərb bloklarına inteqrasiya siyasətindən qopararaq, ölkəsinin daha güclü və hörmətedilən ola biləcəyi Şərq blokuna çəkir və buna da nail olur:
“ŞƏT-in Bişkek sammitində, əslində, ən çox diqqət yetirilməli məsələlərdən biri İslam dünyasının liderliyinə iddialı iki ölkə rəhbərinin - həm Türkiyə, həm də İran prezidentlərinin Yaxın Şərqdəki İsrail işğalına qarşı ortaq mövqe nümayiş etdirmələri idi. ABŞ və İsrailin onilliklər boyu üz-üzə qoymağa, bir-birinə düşmən etməyə çalışdığı Türkiyə və İran Şərq masasında artıq birgə hərəkət edir və ABŞ-ın arxasında durduğu “İslam torpaqlarını işğal siyasəti”ni də indi bu masada birlikdə ifşa edirlər!”.
E.Şükürlünün sözlərinə görə, Türkiyə və İranın daha da yaxınlaşması, illərdir regionun müsəlman ölkələri arasında nifaq salan və fitnə toxumu səpən ABŞ-İsrail tandeminin də bölgədə, o cümlədən Azərbaycanda əl-qolunu bağlamaqla, təsirini xeyli zəiflədəcək, üstəlik, Yeni Dünya Nizamında bütövlükdə İslam dünyasının aparıcı ölkələrinin birgə hərəkət, vahid mövqedən çıxış etmək imkanlarını xeyli artıracaq:
“Xatırladaq ki, hazırda ŞƏT-in 10 tamhüquqlu üzvündən 6-sı – Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və İran - müsəlman ölkəsidir.Eyni zamanda, bu ölkələr həm Türkiyə, həm Rusiya, həm də Çinlə ayrı-ayrı ittifaqlarda cəmləşiblər.Hazırda ŞƏT-də “müşahidəçi” statusunda olan Əfqanıstan və Monqolustanın, eləcə də “dialoq tərəfdaşı” statusunda olan Türkiyə və Azərbaycanın gələcəkdə tamhüquqlu üzvlər olmasıyla Çindən Avropa İttifaqı sərhədinədək böyük bir coğrafiyada vahid iqtisadi məkan formalaşır ki, bu da bütün iştirakçı ölkələrin marağındadır.Beləliklə, SSRİ dağılandan bu yana Qərbin müharibə və işğallarla möhkəmlənmək istədiyi, hərbi bazalarını qurduğu coğrafiyaya artıq sürətlə onun rəqibi Çin özünün güclü iqtisadiyyatı ilə daxil olur və ABŞ-dan fərqli olaraq, Çin bu prosesdə müsəlman ölkələrinə həm də özünün müstəmləkələri deyil, potensial müttəfiqləri kimi yanaşır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Sentyabr 2026 11:03
Putin Ukraynanı digər ölkələrə qarşı hücum üçün əsas açar hesab edir – Politoloq
04 Sentyabr 2026 09:12
Prezident Melonini TƏBRİK ETDİ
04 Sentyabr 2026 09:10
Bişkek sammiti: Bakının növbəti uğuru
03 Sentyabr 2026 15:21
Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü
03 Sentyabr 2026 13:52
“Bakı üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə...”
03 Sentyabr 2026 13:29
Azərbaycan Türkiyə və İsrail arasında... - AÇIQLAMA
03 Sentyabr 2026 12:11
"Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur" - Prezidentin nümayəndəsi
03 Sentyabr 2026 11:37


Bakı -°C

