Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb
2026-cı ilin ilk yarısında məişət zorakılığı ilə bağlı qeydə alınan faktların statistikası açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
Bildirilib ki, ilin ilk altı ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 292 müraciət daxil olub. Müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaq olub.
Məlumata əsasən, məişət zorakılığı törətməkdə şübhəli bilinən şəxslər arasında 281 kişi, 124 qadın və 1 uşaq yer alıb. Kişilər arasında zorakılıq törədənlərin 90-ı ər, 69-u isə keçmiş ər olub.
Qadınlar tərəfindən törədilən hallarla bağlı isə 6 rəsmi həyat yoldaşı və 8 keçmiş arvad qeydə alınıb. Həmçinin qeyri-rəsmi münasibətlər zamanı törədilən 14 məişət zorakılığı faktı müəyyən edilib.
Zərərçəkənlərin bölgüsünə gəlincə, 49 kişi, 284 qadın və 344 uşaq məişət zorakılığından zərərçəkmiş şəxs kimi qeydə alınıb.
Zorakılıq növlərinə görə müraciətlərin 197-si fiziki, 62-si psixi, 27-si iqtisadi, 6-sı isə cinsi zorakılıqla bağlı olub.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

