adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Iyul 2020 09:37
36976
SİYASƏT

GURLAŞAN ÜMİD İŞIĞI

Məlum olduğukimi, iki gün öncə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev vəBirinci xanım Mehriban Əliyeva Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərinvə avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Mərasim Bakı şəhərininXətai rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin ölkəPrezidentinə və Birinci xanıma verdiyi bilgilərdən sonra geniş tərkibdə, yəni şəhidailələrinin, veteranların iştirakı ilə keçirilib. Öncədən deyək ki, ölkəmizin ərazibütövlüyü, müstəqilliyi, eləcə də konstitusion quruluşumuzun qorunmasındacanlarını əsirgəməyən, sağlamlığını itirən ayrı-ayrı vətəndaşlarımıza 62 mənzilverilibdi. Nazirin vurğuladığı kimi, həmin mənzillərin 42-si Qarabağ müharibəsiəlillərinin, 20-si isə şəhid ailələrinin nümayəndələrinə təqdim olunub. Eləcə dəstatistikaya müraciət edən Sahil Babayev vurğulayıb ki, bu günə qədər hamısıiki otaqlı olan mənzillərdən 8018-i şəhidvə müharibə veteranları ailələrinə təqdim olunub. Ötən il 634 mənzil, eləcə də304 fərdi ev də tikilib istifadəyə verilibdi. Bu il isə 700 mənzil və 800 fərdievin tikilməsi nəzərdə tutulub. Sevindirici haldır ki, ilin əvvəlindən bu günəqədər 430 mənzil məhz həmin şəhid və veteran ailələrinə təqdim edilibdi. Eləcədə 2018-ci ildə 265, 2019-cu ildə 600,hazırda isə 50 avtomobil də daxil olmaqla ümumilikdə 150 avtomobilmüharibə əlillərinə təmənnasız bağışlanıbdı.Cari ildə isə bütövlükdə müharibə əlillərinə 400 "Khazar XL” markalımaşın hədiyyə olunubdu. Ümumiyyətlə isə müharibə əlillərinə bu günə qədər 6900avtomobil bağışlanıbdı.

Ölkə həyatında şəhidvə müharibə veteranlarının özəl yeri var. Onlar təkcə öz yaşadıqları ərazidə, təmsilolunduqları kollektivlərdə deyil, eləcə də ölkənin bütün həyatında həmişə ucatutulur və xalqımız da həmişə onlarla fəxr edir. Xüsusilə Azərbaycan Prezidentiİlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müharibə veteranlarına, şəhidailələrinə xüsusi diqqət yetirir, onların həyat şəraitləri demək olar ki,zaman-zaman yaxşılaşdırılır, müasirləşdirilir. Məhz Azərbaycan rəhbərliyinindöyüşmüş, canını Vətən yolunda fəda etmiş, sağlamlığını itirmiş insanlara,onların ailə üzvlərinə olan diqqəti bu gün digər məmurlara bir real nümunədir.Üstəlik, şəhid və müharibə veteranlarının ailələrinin müraciətləri də həmişədiqqət mərkəzində saxlanılır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birincixanım Mehriban Əliyeva bütün görüşlərində,bütün çıxışlarında bu insanlara özəl diqqətin vacibliyini xüsusi vurğulayırlar.

İki gün öncəkeçirilən təqdimetmə mərasimində çıxış edən Azərbaycan prezidenti cənab İlham Əliyeviştirakçılara müraciətlə bildirmişdi ki, "Əziz dostlar, bu gün sizin həyatınızdaçox əlamətdar bir gündür. Siz dövlət tərəfindən mənzillərlə təmin edilirsiniz.Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Mən indi sizin yeni yaşayış yerinizlətanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standarlara cavab verənev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkünolacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.”

Bu müraciətdən dəgöründüyü ki, ölkə Prezidenti hər dəfə təqdimetmə mərasimlərində yaradılmış,tikilmiş şəraitlə, evlərlə şəxsən tanış olur, öncə özü və Birinci xanımMehriban Əliyeva istifadəyə verilən mənzillərin keyfiyyətini real vəziyyətinigözdən keçirirlər. Onların zamanın tələblərinə uyğun olub-olmamasınıyoxlayırlar. Deməli, bu da Ali Baş Komandanın şəhid və veteran ailələrinə olanböyük sayğısının daha bir göstəricisidir. Həmin tədbirdə prezident cənab İlham Əliyevvurğulamışdı ki, "bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədəçox böyük işlər görülür. Bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faizartırılıb, 250 manatdan 300 manata çatdırılıb.”

Bax, bu fikirləronu deməyə əsas verir ki, Azərbaycan Prezidenti insanların təkcə mənzil şəraitini deyil, həm də onların maddi durumunun da müəyyən qədəryaxşılaşdırılması üçün qətiyyətli addımlar atılmasının davamlı olmasını istəyir.Ona görə də cənab Prezident vurğulayır ki, "pensiyaların artırılması – bu ilpensiyalar orta hesabla 27 faiz, orta əmək haqqı 25 faiz artıb. Bütün bunlarbizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr dəicra edilir. Özünü məşğulluq proqramı – insanlara iman yaradır ki, onlar öz ailələrinidolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə12 min insan cəlb olunacaq, 90 min insan ödənişli iş yerləri ilə təmin ediləcək.Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkəinkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pulqazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsaitəldə etsin.”

Diqqətinizə təqdimetdiyim bu iqtibasdan da aydın olduğu kimi, ölkə rəhbərliyi bütün rıçaqları işəsalaraq çalışır ki, dünyanı bürümüş pandemiya şəraitində, maddi durumu aşağıolan, eləcə də aztəminatlı ailələr müəyyən stimullara istinad edə bilsinlər.Bax, bu yaradılan şərait də elə həmin stimullara hesablanıbdı. Bununla adamlarPrezidentimizin də dediyi kimi, minimum əmək haqqı səviyyəsində imkanlaraqovuşmuş olurlar.

Bakının Xətairayonunda keçirilən təqdimat mərasimində Prezidentimiz fikirlərini söyləyərkən,insanların qəlbində ümid işığı yanır. Bu ümid işığını yandıran da məhz ölkə rəhbərliyidir. İnanırıqki, o işıq daha da gur olacaqdır.

Əbülfət MƏDƏTOĞLU

Baş redaktorunbirinci müavini, Əməkdar jurnalist, Prezident təqaüdçüsü