Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli sayda tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Ford Tranzit 125T350M" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2108" markalı avomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 5000 və 12 200 ədəd olmaqla, ümumilikdə 17 200 ədəd "King" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
30 Aprel 2024 00:02
ADNA terrorundan 15 İL ÖTÜR
29 Aprel 2024 17:09Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51