Gürcüstanda zəhərlənən məktəblilər xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Gürcüstanın Samegrelo-Zemo Svaneti rayonunun Senaki qəsəbəsində zəhərlənmə səbəbi ilə xəstəxanaya yerləşdirilən şagirdlər evə buraxılıb.
Məktəblilərdən sadəcə birinin durumu ağır olduğundan xəstəxanada saxlanılıb.
Daxili İşlər Nazirliyi hadisənin səbəblərini araşdırır. Faktla bağlı diqqətsizlik və sağlamlığa ciddi zərər vurma maddələri ilə cinayət işi başlanıb.
16:00
Gürcüstanda daha 15 məktəbli zəhərlənib.
Rustavi ictimai məktəbində 15 şagirdin məktəb yeməkxanasındakı qidadan zəhərləndiyi bildirilir.
Şagirdlərdə zəhərlənmə əlaməti görən məktəb direktoru təcili yardım xidmətinə zəng edib. Məktəblilərə ilkin tibbi yardım göstərilib və zəhərlənmənin təsiri azaldılıb.
15:26
Gürcüstanın Samegrelo-Zemo Svaneti rayonunun Senaki qəsəbəsində 24 ibtidai sinif şagirdi zəhərlənib.
Məktəblilərin 10-11 yaş arası olduğu bildirilir. Təcili xəstəxanaya çatdırılan şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlayıb.(ona.az)
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30