Gürcüstanda irimiqyaslı NATO təlimlərinə start verilir
Sentyabrın 1-dən 11-dək Gürcüstanda "Agile Spirit 2018” beynəlxalq çoxmillətli komanda-qərargah hərbi təlimləri keçiriləcək. ABŞ dəniz piyadaları korpusunun Avropadakı komandanlığı ilə birgə təşkil olunan "Agile Spirit 2018” təlimləri Gürcüstanın qərbindəki senaki hərbi bazasının ərazisində keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, hərbi təlimlərdə Gürcüstandan və ABŞ-dan başqa, Türkiyə, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edəcəklər. "Agile Spirit 2018” beynəlxalq təlimlərinin məqsədi NATO-nun çevik reaksiya qüvvələrilə birgə keçirilən əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən "Agile Spirit” hərbi təlimləri gürcüstanın ABŞ və NATO ilə əməkdaşlıq formatının elementlərindən biridir. Bu təlimlər çərçivəsində gürcü hərbçiləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq keçirlər.
Digər Xəbərlər
02 May 2024 15:32
Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44