Gürcüstanda ermənilər azərbaycanlı jurnalistlərə hücum etdi
Azərbaycanlı jurnalistlər Kabuletidə ermənilərlə "Sarı gəlin” mahnısı üstündə dava edib. Bakı Metropoliteninin təşkilatçılığı ilə 25-ə yaxın jurnalist Gürcüstanın Kabuleti şəhərində səfərdədir. Səfərin ilk günündə restoranda əylənmək istəyən jurnalistlər burada erməni mahnılarının səsləndirildiyini görərək, Azərbaycan mahnısı "Sarı gəlin”i sifariş ediblər. Bu isə restoranda olan ermənilərə xoş gəlməyib. Düşən mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Tərəflər bir-birinə xəsarət yetirib.
Hadisə yerində olanların verdiyi məlumata görə, onların olduğu oteli səhərə qədər polis mühafizə edib. Hazırda sakitlik bərpa olunub, jurnalistlər üçün heç bir təhlükə yoxdur.
Digər Xəbərlər
03 May 2024 10:00
Azərbaycan və Türkiyəni birləşdirən 3 may ideyaları: Türkçülük - Turançılıq
02 May 2024 23:34Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31