Gürcüstan Teatrı Bakıya gəlir...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun xarici ölkə teatr rəhbərləri ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi barədə apardığı danışıqlar və razılaşma əsasında imzalanmış "Qarşılıqlı qastrol səfərləri” haqqında müvafiq müqavilələrə əsasən ADGTT-nın cari ilin 19-30 aprel tarixlərində Gürcüstan, Şimali Osetiya və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pərvinin "Dəcəl keçi” tamaşası ilə 10 gün müddətində qastrol səfərində olub.
Öz növbəsində Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı may ayının 19-22 tarixlərində Bakıda – ADGTT-nın qonağı olaraq L.Titova və
A.Starotorjskinin "Королевская корова” ("Kralın inəyi”) tamaşası ilə məktəbli dostlarımızı və şəhərimizin qonaqlarını sevindirəcəklər. Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay
Doniy, Levan Qvazavadır.
Səfər çərçivəsində ADGTT-nın əməkdaşları tərəfindən qonaqların şəhərimizin görməli yerləri – muzeylərlə, teatrlarla, yeni qurulmuş Su İdman Kompleksi, İçərişəhər və Milli Parkla tanışlıqlarını təmin etmək üçün mədəni proqram da nəzərdə tutulub.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33