Gürcüstan 43 min doza “AstraZeneca” vaksini aldı
Gürcüstan COVID-19 əleyhinə 43 min 200 doza “AstraZeneca” vaksini alıb. Vaksin martın 13-də ölkəyə gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze bildirib.
Onun sözlərinə görə, vaksin alınması bununla bitməyəcək, digər ölkələrdən də vaksin almaq üçün danışıqlar aparılır.