adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2017 01:48
21475
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Deməli belə. Vəli Xramçaylı Kürün kənarında ağac doğrayarkən (qaz da bahalaşıb) əlindəki balta düşür çaya. Başlayır Allaha yalvarmağ ki, ay qurban olum, bu bahalıq vaxtı təzə balta almağa pulum yoxdu, kömək elə. Çox yalvarır, Allahın Vəliyə yazığı gəlir.
Çaydan bir qızıl balta çıxarır, deyir budu sənin baltan? Vəli deyir, xeyr.
Daha sonra Allah çaydan bir gümüş balta çıxarır və soruşur ki, budu sənin baltan? Vəli yenə deyir, xeyr.
Nəhayət, öz baltasını çıxarır və soruşur, budu sənin baltan? Vəli sevinə-sevinə deyir ki, bəli.
Allahdan səda gəlir ki, şair, sənki belə saf, təmiz adamsan üçünü də bağışladım sənə, get yaşa.
Aradan bir az keçir. Vəli bu dəfə xanımıyla gəlir meşəyə, çay qırağına. Bu vaxt xanım sürüşür düşür çaya.
Vəli yenə yalvarmağa başlayır, ay Allah, sənə qurban olum, mənim arvadımı xilas elə. Allahın yenə yazığı gəlir. Çaydan Cenifer Lopezi çıxarır, deyir budu sənin arvadın? Vəli sevinə-sevinə deyir, bəli.
Allahdan səda gəlir:
- Sən bir saf adamıydın, indi mənə niyə yalan danışdın?
Vəli Xramçaylı:
- Allah, saa qurban olem, qorxdem qəbul etməyəm ikinci dəfə Ledi Qaqanı çıxarasan, onu da qəbul etməsəm qorxdem Aygün Kazımovanı çıxarasan, onu da qəbul eləməsəm, nəhayət, öz arvadımı çıxarasan, deyəm budu arvadım, dördünü də bağışlayasan maa. Mən də kasıf şaerəm, hamısı da bahalı arvadlar, bunları nətəər saxlayejəm?!