adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Avqust 2016 13:28
17143
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

Ərəblər Süveyşkanalının altından tunel çəkmək istəyirlər. Tenderdə fransızlar, ingilislər vəbir də türklər iştirak edir.

İngilislər deyir:

- Biz hər iki tərəfdən qazmağa başlayacağıq, ortada birləşdirəcəyik. Ola bilər ki, on metr o tərəf-butərəfə fərq eləsin, onu da yoluna qoyarıq.

Fransızlar deyirki, biz də hər iki tərəfdən girəcəyik ortadabirləşdirəcəyik. Ola bilər ki, o tərəf-butərəfə beş metr fərq eləsin, onu da yoluna qoymaq asandır.

Türklər deyir:

- Biz də həriki tərəfdən girəcəyik, ortada birləşərik-birləşərik, birləşəbilməsək iki tuneliniz olar.