adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Dekabr 2017 15:27
29699
MARAQLI

GÜNÜN AĞLAMALI LƏTİFƏSİ

Avropadabir şəhərdə qəribə bir adət varmış. Sıradanbir adam öləndə kilsə iki dəfə zəng çalarmış. Məşhur adam öləndə üç dəfə, kral öləndə dörd dəfə.

Məhkəmədə heç bir təqsiri olmayan bir nəfərə haqsızyerə çox ağır cəza verirlər.

Kilsə zəngi beş dəfə çalır.

Camaat tökülübgəlir, keşişdən soruşurlar:

-Adi adam öləndə iki dəfə zəng çalırsız, məşhuröləndə üç dəfə, kral öləndə dörd dəfə.Kim ölüb ki, beş dəfə zəng çalınıb?

Keşiş:

-Bu gün ədalət öldü.