adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Avqust 2014 16:32
6108
ƏDƏBİYYAT

Günümüzün qəhrəmanı - 50

Sosial şəbəkələrdə tanınmış şəxsləri doğum günü ilə əlaqədar təbrik edənlərçoxdur. Elə sosial şəbəkənin də əsl amalı insanları şad günlərində, əziz günlərindəbir-birlərinə yaxınlaşdırmaq deyilmi?! Təsəvvür edin, televiziya ekranlarından,mətbuatdan, kitablardan tanıdığımız insanları birbaşa, şəxsən təbrik etməkimkanı qazanırıq! Bəlkə də bu səbəbdən sosial şəbəkə istifadəçiləri tanınmışlarınünvanına sanki ən yaxşı təbrik yazmaq üçün bir-birilə yarışa girirlər.

Bu günlərdə çox doğum günləri oldu, təbriklər sıralandı. Amma bunlarıniçərisində Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet”inbaş redaktoru Rəşad Məcid qədər sosial və mətbu gündəmi yaxşı mənada zəbt edənərast gəlmədik. Əlbəttə bütün bunlar Rəşad Məcidə olan sevgidən, hörmətdən irəligəlir. Əgər həm fəaliyyəti, həm şəxsiyyəti ilə bu qədər insanın rəğbətiniqazana bilibsə, o zaman Rəşad Məcidi bu mənada xoşbəxt hesab etmək olar.

Elə isə bu təbriklər sırasına qoşulub biz də - "Ədalət" qəzetininkollektivi olaraq çox hörmətli Rəşad müəllimi təbrik edirik. Qazandığı xalqsevgisinin, uğurlarının davamlı olmasını diləyirik.