adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyul 2019 17:30
11091
GÜNDƏM

Günümüzün çox vacib sənədi

32 ildir ki,ölkəmiz,xalqımız öz torpaqlarının müdafiəsi uğrunda mübarizə aparır. Uzun illərüzümüzə gülə-gülə, dostluqdan danışa-danışa, arxada məkrli siyasət yürüdən erməni millətçiləri, SSRİ – nin dağılmaprosesi başlayanda, yaranmış tarixi vəziyyətdən növbəti dəfə istifadə edərək, 1987 – ci ilin 18 oktyabrında, İrəvandaekologiya ilə bağlı mitinqdə öz mənfur niyyətlərini səsləndirdilər. DağlıqQarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqındaçağırışlar etdilər və imza toplamağa başladılar. Amma bu həmin millətçilərin qısa bir zamandadüşünüb səsləndirdikləri çağrış deyildi. İllər boyu, ölkəmizə, xalqımıza qarşıçirkin niyyətlərlə planlar quran düşmən qüvvələrin həyata keçirməyəbaşladıqları,qaraniyyətli insanların həyata keçirməyə başladıqları iyrənc ssenarinin bir başlanğıcı idi. Heçtəsadüfi deyildi ki, İrəvanda bu mürtəce çağırış səsləndiriləndən bir gün sonra,1987 – ci ilin 19 oktyabrında zəmanəmizin çox güclü siyasətçilərindən biri, özzəkası ilə bütün SSRİ – də mütərəqqi insanlar arasında dərin hörmət qazanmış,büynəlxalq aləmdə SSRİ – nin ən ağıllı rəhbərlərindən biri kimi tanınmış,xalqımızın, bütün türk, islam dünyasının fəxr etdiyi bir insan – Heydər ƏliyevSov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin1-ci müavini vəzifəsindənkənarlaşdırıldı. Bununla da Azərbaycanı sonrakı bəlalardan xilas edəbiləcək qüvvə ortadan götürüldü.Hadisələrin sonrakı inkişafı göstərdi ki, buhadisələr biri-biri ilə sıx şəkildəbağlı olmuşdur. Elə həmin ssenariyə uyğun olaraq, bir ay sonra, 1987 – ci ilin 18noyabrında Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrəmüşaviri Abel Aqanbekyan Parisdə "L’Humanite” qəzetinə müsahibə verərkən,əsaslandırmağa çalışdı ki, əslində DQMV-nin Ermənistana birləşdirilməsi iqtisadicəhətdən elə SSRİ – nin də mənafeyi, yerli əhalinin rifahı baxımından dahasərfəlidir və bu məsələ üzərində xüsusikomissiya işləyir. Bu müsahibədən 12 gün sonra, 1 dekabrda, Dağlıq Qarabağ ermənilərinin nümayəndələri Sov.İKP MK-ya, Muxtar Vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanıntərkibinə daxil edilməsi ilə bağlı müraciət təqdim etdilər.Elə bu sadalanlarıgözdən keçirdikdə hansı bir qəddar Proqramın həyata keçirildiyini başa düşməkçətin deyildir.

Bundan sonara Dağlıq Qarabağda hadisələrgünü-gündən daha qorxulu xarakter almağa başladı və Azərbaycan xalqı da öztorpaqlarını qorumaq üçün ayağa qalxdı. Bu yolda ölkəmizin, xalqımızınbaşına sonsuz müsibətlər gəldi. 1990 –cı ilin qanlı yanvar hadisəsi də elə bu ssenariyə uyğun olaraq həyatakeçirildi. O zamandan başlayan, hər kəsəməlum olan bu mübarizə indi də davam edir.Çox təəsüf ki, bu 32 ildə ölkəmiz çox itkilərə məruz qaldı.Torpağımızın20% - i işğal olundu, minlərlə insanlarımız şəhid oldu.1 milyondan aratıqinsanlarımız qaçqın və məcburi köçkün kimi öz yurdlarından, ev-eşiklərindənçıxıb ağır çətinliklərlə üz-üzə qaldılar.Yaxşı ki, 1993-cü ilin iyun ayının 15 – də xalqımızın dahi oğluHeydər Əliyev, xalqın bir ümid yeri kimi yenidən hakimiyyitə qayıtdı. Onungərgin əməyi nəticəsində xalqımız daha qorxulu bəlaların qarşısını alaraq öziqtisadiyyatını, bununla da həm də, müdafiə qüdrətini gücləndirməyə başladı.

Xalqımızböyük ümid bəsləyirdi ki, beynəlxalq təşkilatlar bu məsələdə haqq-ədaləttərəfdarı olacaq, qurulmuş oyunlardanqurtarmaq üçün bizə kömək edəcəkdir.Əvvəlcə, 1993 cü ildə BMT – nin Dağlıq Qarabağ ətrafında gedən dəhşətlihadisələrə münasibətdə qəbul etdiyi 4 ədalətli, mühüm qərar ümidləri xeyliartırdı. Lakin sonralar baş verən hadisələr göstərdi ki, əsas güc mərkəzlərininapardığı siyasət heç də hər zamanədaləti dəstəkləmir. Həmin qüvvələrölkəmizin başına açılan oyunların həllində ədalətli mövqe tutmaq əvəzinə, daimaikili, üçlü siyasət yürütməyə başladılar.Artıq uzun illərdir ki, həminbeynəlxalq təşkilatlar tərəfindən verilən sözlər elə söz olaraqqalmaqdadır.Əksinə, onlardan bir çoxu düşmən tərəfin iqtisadiyyatınınmöhkəmlənməsinə, sialhlandırılmasına yaxından kömək edir. Belə birşəraitdə Qarabağ uğrunda ədalətlimübarizədə xalqın elə ən böyük ümidi yenə özünədir. Artıq ölkənin bütünəhalisi, Qarabağ camaatı da yaxşı başa düşür ki, Qarabağ uğrundakı bu savaşdahər bir insanın öhdəsinə konkret işlər düşür.Hər birimiz, öz məşğul olduğumuzsahədə daha fədakarlıqla çalışdıqdabu savaşa yaxından kömək edirik.Torpaqlarımızuğrunda fədakarlıq hər birimizin tarixi borcudur.Yeni nəslin daha keyfiyyətli,daha savadlı, bacarıqlı, geniş dünyagörüşlü, daha vətənpərvəryetişməsi bizim buhaqq işimizdə daha güclü olmağımıza kömək edir.

Əhalininbütün təbəqələrinin, xüsusi ilə gənclərimizin Qarabağ uğrunda mübarizəni dahaciddi, məzmunlu şəkildə aparması üçün təbii ki, onların bu problem barədəətraflı, əhatəli məlumatı olmalıdır.Təəsüf ki, bu sahədə kifayət qədər məlumatolsa da onlar parakəndə şəkildə olduğundan öz lazımi effektini verə bilmir. Bubaxımdan hörmətli akademikimiz, AzərbaycanRespublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin buyaxınlarda oxuculara təqdim edilən "Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı əsərininolduqca böyük əhəmiyyəti vardır. Dərin təhlillərəsasında yazılmış bu əsər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iləbağlı çox qiymətli bir məlumat mənbəyiolmaqla yanaşı, həm düşmənin özünə layiqli bir cavabdır, həm də beynəlxalq gücmərkəzlərini məsuliyyətə çağıran tarixi bir sənəddir. Bu əsərdə problemin mənbələriçox aydın, inandırıcı şəkildə göstərilmiş və münaqişənin nizamlanma prespektivləribarədə konkret, konstruktiv mülahizələryürüdülmüşdür.

Belə möhtəşəm bir əsərin Ramiz müəllim tərəfindən yazılmasıolduqca əhəmiyyətlidir.Onu hansısa bir poltoloq, tədqiqatçı yox, olduqca mühümmövqe sahibi olan bir təcrübəli insan yazmışdır. Əvvala, bu əsər Dağlıq Qarabağ ətrafında gedən proseslərin daima mərkəzində olan, məsələni dərindən bilən, bu sahədəki bir sıraproseslərin birbaşa iştirakçısı olan görkəmli, müdrik bir alim tərəfindən yazılmışdır. Digər tərəfdən dəhəmin alim ölkənin ali rəhbərliyində təmsil olunan ən mötəbər siyasətçilərdən biridir. Ona görə də kitabolduqca xüsusi bir əhəmiyyət daşıyır.

Kitab bu cümlələrləbaşlayır: "Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəatəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxtson dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttindəhərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılmasıüçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinənail olmağa kömək edəcək.

Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikal-millətçitəbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəloldu”. Elə tək bu təqdimatdan görünürki, erməni tərəfinin məkrlə başladığı bu qarşıdurmanın ortadan götürülməsi üçünAzərbaycan tərəfi humanizm, qonşuluq prinsiplərini əsas tutaraq, əlindən gələnietməyə çalışsa da "bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyəciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bugün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır”.

Əsər öz obyektivliyi, cəsarəti, əhatəliliyi, hadisələrə ədalətliqiymət verməsi ilə diqqəti cəlb edir.Şübhəsiz ki, bu bütün tarix boyu ciddi birtarixi mənbə kimi öz müəllifinə ciddi nüfuz qazandıracaqdır.

Cənubi Qafqazın tarixi barədə məlumatı olan hər kəs bilir ki,XVIII əsrin əvvəllərindən başlayaraq, Rusiyanın bu əraziyə hərbi müdaxiləsindənsonra, burada tarixi proseslər yeni bir xarakter aldı."Bu regiondakı üç iriimperiya – Osmanlı İmperiyası, İran və çar Rusiyası arasında amansız mübarizəarenasına çevrilib. Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi IPyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsiilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiyabu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündənsonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Buhalda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövlətinyaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi”. Beləliklə,Ramiz müəllim, indiyədək əksər tarixçilərimizdə görmədiyimiz bir cəsarətlə vətənimizinbaşına gələn indiki bəlaların haradan başlamasını çox aydın şəkildə izahedir. I Pyotrun vəfatından sonra da onunarzularına rəğmən, "I Pyotrun vəsiyyətləri” adlanan bir sənədi rəhbər tutaraqII Yekaterina CənubiQafqaz uğrunda müharibələri davam etdirdi. Nəticədə, 1804-1813və 1826-1828-ci illərdə aparılan müharibələr hesabına Rusiya Cənubi Qafqazıtamamilə işğal etdi. "1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqlaRusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycantorpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinəköçürülməsinin birinci dalğasını həyata keçirdi”. Müəllif bu köçürmə siyasətininhansı bir texnologiya, hiyləgərliklə həyata keçirildiyini təsvir edir. O buzaman həm Kameral Təsvirin statistikasından, həm də Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun,tanınmış rus müəllifləri S. Qlinkanın, N. Şavrovun yazdıqları mənbələrdən aydınşəkildə istifadə edir. N. Şavrovdan gətirilən bu misallar o dövrdəki işğalçılıqsiyasətinin mənzərəsini tamamilə əks etdirir: "Hazırda Zaqafqaziyada yaşayan 1milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdənköçürülənlərdir”. "Ermənilər əsasənYelizavetpolvə İrəvanquberniyalarınınbərəkətlitorpaqlarındayerləşdirilirdi.Oradaermənilərinsayıçoxcüziidi.BuermənilərYelizavetpolquberniyasınındağlıqhissəsində (DağlıqQarabağ)və Göyçə gölününsahillərində məskunlaşmışdı”.

Müəllif böyük təəsüflə, ürək ağrısı ilə qeyd edir ki, "ÇarRusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılaramünasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti yürüdürdü”. Ramiz müəllimsovet rəhbərliyinin bu siyasəti niyə davam etdirdiyinin də əsas səbəbləriniaydın şəkildə ortaya qoyur. Məhz elə bu siyasətin nəticəsində AzərbaycanRespublikasının Versal sülh konfransı tərəfindən tanınmış 114 minkvadratkilometrlik ərazisinin böyük bir hissəsi Ermənistana verildi. "Zəngəzur,Göyçə və Azərbaycanın digər əzəli torpaqları Ermənistanın tərkibinə qatıldı, Azərbaycanıonun tarixi Naxçıvan regionu ilə birləşdirən və həlledici əhəmiyyət kəsb edəngeniş ərazilər ondan qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi” Azərbaycanacəmi 86,6 min kvadratkilometrqaldı. Ermənistanın 9,6 minkvadratkilometlik ərazisi isə 29,7 min kvadratkilometrə çatdı.

Bundan sonra müxtəlif bəhanələrləazərbaycanlılar illər boyu öz doğma ata-baba ocağından sıxışdırıldı və AzərbaycanSSRİ – nin ərazisinə köçürülməyə başlandı. Beləliklə, sovet rejiminin yeritdiyisiyasət hesabına həm Azərbaycanın torpaqları itirildi, həm də insanlar öz ev-eşiyindəndidərgin düşüb öz yurdundan qovuldu."İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi,siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlılarıöz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilərələ keçirmək, mifik "böyük Ermənistan” dövləti yaratmaq idi”. "Bu prosesin sonakkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmişyeddi rayonundan qovulması oldu”.

Bütün əsər boyu bu hadisələrin nəçür baş verdiyini, beynəlxalq təşkilatların ikili siyasətini, ermənilərininsanlıq üçün ayıb sayılan hərəkətlərini, ölkəmizdəki müxalifət qüvvələrinin, ovaxtkı ölkə rəhbərlərinin nə qədər naşı, səriştəsiz hərəkət etdiklərini dəobyektiv olaraq izah edir.

Müəllif, Dağlıq Qarabağ ətrafındabaş verən bu hadisələrə beynəlxalq təşkilatların mövqeyini, münasibətini, iradəsizliyini,etinasızlığını böyük ağrı ilə oxucuların diqqətinə çatdırır. Birləşmiş MillətlərTəşkilatının(BMT), Avropada Təhlükəsizlikvə Əməkdaşlıq Təşkilatı (ATƏT), başqa beynəlxalq təşkilatlarının bu sahədəki fəaliyyətininxarakterini təfərrüatı ilə ortaya qoyur.

Əsərdə Azərbaycana dəyən maddi vəmənəvi ziyanlar ətraflı olaraq təsvir edilir. "1988-1993-cü illərdə Qarabağda900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaqbağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixiabidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatımüəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”. Bu münaqişənəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 minnəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlıermənilər tərəfindən əsir və girov götürülüb”.

Bu tarixi sənəddə 1993-cü ildən bəriölkəmizin hansı işlər gördüyü barədə də ətraflı məlumat verilib. Ulu öndər HeydərƏliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin prinsipial mövqeləribarədə konkret məlumatlar verilib. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində,1996-cı il Lissabon sammitidə əldə edilmiş nəticələr ətraflı təhlil edilmişdir.Madrid prinsipləri barədə geniş məlumat verilmişdir. Helsinki Yekun Aktının "sərhədlərintoxunulmazlığı” və "xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməkhüququ” prinsipi barədə bu əsərdə verilən şərh, təhlilin hər kəs tərəfindən dərindənöyrənilməsinə böyük ehtiyac var. Çox yaxşı olardı ki, bu məntiqli təhlilləri həm erməni tərəf, həm ermənilərinhavadarları çox diqqətlə oxusunlar. O zaman özlərinin nə dərəcədə haqsızolduqlarını heç olmaza özləri bir daha düşünərlər. Yaxşı olar ki, bu konkret,arqumentli təhlilləri həm də elə bizim öz xalqımızın da nümayəndələri, xüsusiilə siyasətlə məşğul olanlar da diqqətlə oxusunlar. Bu onlara müxtəlif səviyyələrdəmüzakirələr apardıqları zaman kömək edər.

Ramiz müəllim çox konkret olaraqermənilərin əldə edilmiş sazişləri, razılıqları necə hiylə, riyakarlıqlapozduqlarını, bu işdə onlara qahmar çıxanların fəaliyyəti barədə də ətraflı məlumatverir. Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, indiyədək Dağlıq Qarabağ ətrafındakıhadisələrlə bağlı belə bir müfəssəl sənədə rast gəlməmişəm.

Əsərdə Ermənistanın keçmiş rəhbərləri,L. Petrosyanın nisbətən realist, R. Koçaryanın S. Sərkisyanın çox xəbis fəaliyyətləri ilə yanaşı indiki rəhbəriN. Paşinyanın da pozucu, riyakar fəaliyyəti dəqiqliklə təhlil edilir. ErmənistanınDağlıq Qarabağı və onun ətrafındakı əraziləri məskunlaşdırmaqla bağlı atdıqlarıheç bir əxlaqa sığmayan fəaliyyətləri, rəhbərişçilərin həyasız bəyanatları kəskin tənqid edilir.

Ermənistanın həyata keçirdiyi busiyasətin ümumən Cənubi Qafqazda, Azərbaycanda tərəqqi prosesinə nə dərəcədəağır zərbələr vurduğu, xüsusi ilə Ermənistanı hansı uçruma yuvarladığı, dünyadasülh prosesinə vurduğu ağır zərbələr barədə məlumat verilir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, hörmətliakademikimiz və görkəmli, olduqca təcrübəli dövlət xadimimiz olan Ramiz müəlliminbu əsəri tariximizlə bağlı olduqca mühüm, faydalı bir sənəddir. Bu sənəd həmölkə əhalisinin, həm də beynəlxalq aləminDağlıq Qarabağ ətrafında davametməkdə olan bu faciələrin əsil mahiyyətini daha kompakt şəkildə, daha dəqiqlikləöyrənilməsinə xeyli kömək edəcəkdir.

AMEAAzad Həmkarlar

İttifaqının sədri, h.ü.e.d., prof. Habil Qurbanov