adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Avqust 2014 15:42
16250
ƏDƏBİYYAT

Günümüzün aktual kəlamı

Atalar sözləri xalqın sınanmış,əsrlərdən bəri öz hikmətini qoruyan dəyərli kəlamlarıdır. Bu həcmcə kiçikkəlamların hər birindən saatlarla danışmaq olar. Böyükbir kitabın, əsərin insanlara demək istədiyini atalar sözləri qısa bir cümləilə çox dəqiq ifadə edə bilir. Atalarımız illərin təcrübəsi olan, müşahidə etdikləri hadisələrin nəticələrini konkretifadələrlə verməklə, özlərindən sonrakı nəslə, bəşəriyyətə "qulaqsırğası” olacaq öyüd-nəsihətlər qoymaqla, hər birimizi gələcək yanlışlardanqorumağa çalışıblar.

Atalar sözləri və məsəllər özünün bu günkü aktuallığı ilə həmişə diqqət mərkəzindəolub. Və bu kəlamların böyüklüyü də elə ondadır ki, bu gün də öz əhəmiyyətiniitirməyib. Sanki ulu atalarımız onları məhz bu gün üçün deyiblərmiş. Həyatınbütün sahələrinə aid olan bu hikmətli sözlər, daha doğrusu "xatırlatma”lar əslindəbizim üçün bir "əhləd daşı”dır. Yəni, onların etdikləri yanlışları, gördükləriçətinlikləri biz təkrar etməyək deyə  atalarımızbizə söz mirası qoyublar. Bu yolla əcdadlarımız bizə nə cür yaşamalı, çətin vəziyyətlərdə özünü necəaparmalı, dostluqda, qonşuluqda, sevgidə necə davranmalı olmağımız üçün yolgöstəriblər.  

Bugünün müasir insanı olaraq nə qədər yeniliklər, icadlar görsək də, onlarıhəyatımızda tətbiq etsək də, ata-baba öyüdü olmadan, ən azından bu kəlamlardanistifadə etmədən keçinə bilmirik. Amma bu da həqiqətdir ki, hər birimizin özdünyagörüşümüzü səciyyələndirəcək seçilmiş atalar sözlərimiz də vardır ki, busözləri hətta həyat şüarımıza çeviririk.

Bəsgörəsən tanınmış insanlar öz düşüncələrinə, həyat münasibətlərinə, bu günümüzə dairhansı atalar sözlərini, məsəl və ya aforizmləri özlərinə yaşam devizi ediblər?!Bunu öyrənmək üçün tanınmışlara müraciət etdik. Sorğunu sizə təqdim edirik:

ŞairəCığatel İsaqızı: "Həmişə demişəm ki, Allah betərindən saxlasın!  Mənim üçün önəmli olan insanlıqdı. Ona görə duaedirəm ki, Allah hər bir insanı betər günlərdən qorusun”.


BabaVəziroğlu: "İşləməyən dişləməz. Bəzən doğru-yalan, haqlı-haqsız yalnız işləməyəməcbursan. Günümüzün reallığı budur. Qarğa dimdiyindən pendiri əldə etmək üçünbir çox vasitələrə əl atmalısan”.


MirzəSakit. "Nə əkərsən, onu da biçərsən”, - deyən satirik şair hətta özbiçdiklərindən qane olmadığını da dilə gətirdi: "Əkiləndə də necə əkilibsə,eləcə də əyri bitib”.


AydınXan Əbilov: "Düzü mən şüar sevməsəm də bu günümüzlə səsləşən bir deyimi qəbuledirəm – Dünyanı gözəllik və sevgi xilas edəcək. Bunu İsa Peyğəmbərdən tutmuş, Dostoyevskivə Hüseyn Cavidə qədər çoxu deyib. Deməli çoxluğun qəbul etdiyi və inandığıkəlamdır”.


ƏsədCahangir. "Bir dəli quyuya daş atdı, yüz dəli yığışıb çıxara bilmədi”, -deməklə yəqin ağıllıları daha tədbirli olmağa səsləyir.


HüquqşünasSəməd Vəkilov da ədəbi tənqidçinin fikirləri ilə razılaşıb: "Ağıllıfikirləşincə, dəli vurub çayı keçdi”, - deyə bu günün çılğınlığına,düşünülmədən atılan addımlara eyham edib.  


ŞairSultan Mərzili istənilən zaman üçün sağlamlığı ən vacib hesab edir:

"Ayağınıisti saxla, başını sərin,

Mədənəfikir ver, düşünmə dərin.

Bugün insan üçün əsas yaxşı səhhət və komfortdu. Bu günümüzün insanını daha çoxöz rahatlığı düşündürür”, - deyə şair gileylənir.


AktyorElşən Rüstəmov bu gunun aforizmini belə səciyyələndirib. "Kompüter, internet, mobiltelefon və facebook varsa, demək həyat var”, - deyərək bu günün şüarını eləmüasir texnologiyaya bağlayıb: "O ki qaldı mənəvi hisslərə, onsuz da sadəinsanlarda bu, kifayət qədərdir”.


Tanınmışteleaparıcı Rəşad Kəsəmənli "Bu dünyada insandan ağıllı varlıq və insandanvəhşi heyvan yoxdur. İnsan düşünən heyvandır”, - deyə Aristotelsayağı fikiryürüdüb.

Bütünbunlar göstərir ki,  mənəvi əhəmiyyətə vəfəlsəfi dəyərlərə malik atalar sözləri özlərində bu gün də çox aktual və qiymətli informasiyalar daşıyır. Ən azından bir şəxsin işlətdiyiatalar sözünü və ya məsəli eşidəndə onun necə biri olduğunu, düşüncəsini, dərrakəsinianlamaq olur. Necə deyərlər: "Danış, səni görüm!”