adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Mart 2023 12:30
494
MƏDƏNİYYƏT

Günay Əfəndiyeva Taalatbek Masadıkov ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov ilə görüşüb.

Görüşdə müasir dövrdə Türk dövlətləri arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafında Türk xalqlarının ortaq mədəniyyətinin mühüm birləşdirici amil olduğu vurğulanıb. Fond tərəfindən ümumtürk mədəni irsinin mühafizəsi və geniş miqyasda təbliği istiqamətində aparılan işlər Türk Dünyası üçün önəmli töhfə kimi qiymətləndirilib. Eyni zamanda Fond tərəfindən keçirilmiş Qırğızıstanın qədim dəyərlərini, zəngin mədəniyyətini əks etdirən və tanıdan layihələrin əhəmiyyətindən bəhs olunub. Görüşdə dünyanın ən zəngin folklor sərvətləri sırasında yer alan, qırğız xalqının mənəvi abidəsi - “Manas” eposunun dərindən öyrənilməsi yönündə Fond tərəfindən həyata keçirilməkdə olan silsilə layihələr yüksək qiymətləndirilib. Fond ilə təşkilatın qurucu üzv dövləti Qırğızıstan arasında əlaqələrin daha da genişlənməsi istiqamətində birgə əməkdaşlığa dair dəstək ifadə edilib.

Görüşdə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmanaliyev də iştirak edib.